Bakıda yaradıcılığın və innovasiyanın ən böyük platformalarından biri hesab olunan “Baku Flames International Festival of Creativity and Effectiveness” yenidən keçirilir. Festival yaradıcı sənaye nümayəndələrini, marketinq və reklam mütəxəssislərini, dizaynerləri və innovativ düşüncəyə sahib insanları bir araya gətirərək regionun kreativ potensialını dünyaya nümayiş etdirməyi hədəfləyir.
Tədbir çərçivəsində master-klasslar, panel müzakirələri, beynəlxalq və yerli səviyyədə tanınmış spikerlərin çıxışları (Yuliya Tushina, Arda Erdik, Julis Kushnir və s.)və geniş networking imkanları təqdim olunacaq.
Festivalın əsas mesajı isə olduqca aydındır: texnologiya inkişaf etsə də, xəyal qurmaq və həqiqi hekayələr yaratmaq yalnız insanlara məxsusdur. “Baku Flames” məhz bu fərqi göstərmək, Azərbaycanda və regionda yaradıcı sənayenin inkişafına töhfə vermək məqsədi daşıyır.
Təşkilatçılar bildirirlər ki, festival Azərbaycanı, eləcə də CIS, CEE və Baltik regionunun kreativ səhnəsini qlobal xəritədə daha görünən etməyə çalışır. Bununla yanaşı, tədbir iştirakçılara öz işlərini təqdim etmək, yeni əməkdaşlıqlar qurmaq və ən güclü layihələrlə rəqabət aparmaq imkanı yaradacaq.
