Kino dünyasının əfsanəsi Jackie Chan yeni layihəsi üçün Azərbaycana gələcək. Aktyor 40 il əvvəl başlayan məşhur “Tanrının yaraqları” seriyasının dördüncü hissəsi “Armour of God IV: Ultimatum” filminin çəkilişləri Azərbaycanda baş tutacaq.
Bu layihəni Mədəniyyət Nazirliyi və Kino Agentliyi dəstəkləyir və ekran işinin çəkilişlərinə bu ilin iyul ayında start veriləcək. Layihənin əsas istehsal prosesində Azərbaycanın müxtəlif lokasiyaları ilə yanaşı, Qazaxıstanın çəkiliş meydançalarından da istifadə ediləcək.
Süjet xəttinə görə Jackie Chanın canlandırdığı ikonik “Asian Hawk” personajı bu dəfə qiyməti 20 milyon dollardan çox olan qədim “Tumar” artefaktının axtarışına çıxır. Rejissor Robert Kunun idarə etdiyi və “Salem Entertainment” şirkətinin prodüserlik etdiyi bu qlobal layihənin 2027-ci ilin ikinci rübündə bütün dünya kinoteatrlarında tamaşaçılara təqdim olunacağı gözlənilir.
Varienty.com
Tedroid.com
