2026-cı ilin AzRep yeniliklərindən biri olan “Romantik” albomu Zamiq Əliyevin 7-ci studiya albomudur.
Son zamanlar “underground” repdən uzaq qalan Yap10 bu dəfə də kommersiya yönümlü albom təqdim edib.
Albom 9 trek və 1 skitdən ibarətdir.
Lalə Məmmədova, Rejey, MadTeen kimi artistlər də albomda yer alıb.
Lalə Məmmədova ilə “Düşün gecələr” trekində Yap10 özünü daha melodik şəkildə, pop janrında yoxlayıb.
MadTeenin iştirak etdiyi “Gözündən gəlsin” treki isə kliplə birgə yayımlanıb. Qeyd edək ki, albomun ən sevilən treki də məhz budur.
“Bu şəhər” və “Bir də bu dünyaya nə vaxt gələrik?” trekləri isə Yap10-u rep janrında görməyə darıxanlar üçündür.
Treklər kəskin sosial xarakter daşıyır və cəmiyyətin, əsasən gənc nəslin qarşılaşdığı məişət və mental problemləri əhatə edir.
Ümumilikdə, Yap10 son zamanlar etdiyi eksperimental janrları daha kommersiya yönümlü şəkildə alboma çevirib.
Bəs siz Yap10-un eksperimentlərini nə dərəcədə uğurlu hesab edirsiniz?