Zara Larsson “Midnight Sun” albomu ilə ötən yaya damğasını vurmuşdu və albomun populyarlığı onu sənətə geri döndürərək “Khia Asylum” situasiyasından xilas etdi. Görünür, bu yay da Zara ən çox dinlənən və çartlarda yüksələn ulduzların arasında qalmaq istəyir.
“Girls Trip” albomu mayın 1-də yayımlanacaq və 10 yeni mahnıdan ibarətdir. Amma bundan əlavə, “Midnight Sun”dan 10 mahnı da albomda yeni versiya ilə yer alacaq. Əgər hələ yay gəlmədən “yayda nə dinləyəcəm” deyə düşünənlərdənsinizsə, bu, sizin üçün əla xəbər olmalıdır.
Zara cəmi iki gün öncə cənubi afrikalı pop ulduz Tylanın yeni “She Did It Again” sinqlında duet ortağı olaraq yer almışdı. Fanatlar musiqi videosunu Beyoncé və Shakiranın illər öncəki “Beautiful Liar” musiqi videosuna bənzədərək, onları “2026-cı ilin Beyoncé və Shakirası” olaraq adlandırdılar. Üç ay əvvəl yayımlanan PinkPantheress ilə “Stateside” dueti isə çartlarda hələ də yüksək pillələrdə yer alır.
İlk dəfə Qremi namizədi olan Zara karyerasının günümüzə qədərki zirvəsini yaşayır. Bir neçə gün öncə Taylor Swift fanatları haqqında “Hit-parad oyunu oynamaq mənim üçün artıq ölü bir şeydir. Sənaye adamlarından və bəlkə də Taylor Swift fanatlarından başqa heç kim hit-paradlara baxmır” deyərək pərəstişkarları hiddətləndirmişdi.
Zara Larsson yaradıcılığını, həmçinin musiqi, moda, kino və digər yaradıcılıq xəbərlərini izləyənlər, sosial şəbəkələrdə bizi izləməyi unutmayın; çünki ən maraqlı xəbərlər, eləcə də müsahibələr sizi gözləyir.