Skip to content

Dynamix

Xəyalların rəqəmsal dünyası Minecraft

Təsəvvür edin ki, sonsuz bir boş ərazi qarşınızda uzanır. Heç bir qaydanız, heç bir məcburiyyətiniz yoxdur, yalnız siz, yaradıcılığınız və sonsuz imkanlar! Məhz bu hiss Minecraft-ı dünya tarixinin ən sevimli oyununa çevirib.

2011-ci ildə “Notch” ləqəbi ilə tanınan İsveçli proqramçı Markus Persson sadə, lakin düşündürücü bir sual verdi: “İnsanlara tamamilə boş bir dünya versək, nə yaradarlar?” Cavab isə heyrətamiz oldu.


Piksel-piksel, blok-blok düzülmüş bu sadə oyun bu gün 300 milyondan çox nüsxə satmışdır bu, tarixin ən çox satılan video oyunu rekordudur.

Bəs bu oyunu fərqli edən nədir ?

Əksər oyunlarda məqsəd sadədir düşməni məğlub et, finişə çat, oyunu bitir. Minecraft isə fərqli fikir irəli sürür. Burada məqsədi siz yaradırsınız.

İstəyirsinizsə, sakit bir vadidə kiçik bir kənd evi tikərsiniz. İstəyirsinizsə, dağların zirvəsinə nəhəng bir qala inşa edərsiniz. Bəziləri isə daha da irəli gedir — Minecraft daxilinde tam işlək kompüterlər və kalkulyatorlar belə yaratmışlar. Bu, oyunun mexanikasının nə qədər dərin olduğunu göstərir.

Minecraft, rəqəmsal LEGO-dur. Uşaqlıqda LEGO daşları ilə oynadığınızda sizi dayandıran nə idi ? Daşların bitməsi, rəngin çatmaması ? Minecraft da isə belə bir maneə yoxdur.

Minecraft-ı fərqləndirən bir xüsusiyəti isə onun hər yaşa uyğun olmasıdır. 7 yaşlı uşaq ilk evini tikərkən, mühəndis öz şəhərinin infrastrukturunu planlaşdırır, müəllim tələbələrinə tarixi abidələri canlandırır.

Belə ki, Minecraft bu gün təhsil aləti kimi də istifadə edilir. Dünya üzrə minlərlə məktəb Minecraft Education vasitəsilə tarix, riyaziyyat və memarlıq dərslərini keçirir.

Tək oynamaq ayrıca bir zövqdür. Lakin Minecraft-ın əsl sehri dostlarla birlikdə yaşanır. Birgə şəhər qurmaq, yeraltı mağaralarda xəzinə axtarmaq, gecə yarısı gözlənilmədən peyda olan canavarlarla çiyin-çiyinə döyüşmək bunlar sadəcə oyun anları deyil, yadda qalan xatirələrdir.

Minecraft 15 ildən artıqdır populyarlığını qoruyur. Bunun sirri sadədir:
İnsanlar Minecraft-ı oyun kimi deyil xəyallarını qurduqları bir dünya kimi sevirlər.