London Fashion Week deyəndə ilk öncə ağlınıza nə gəlir? Eksperimental moda? Klassik, ingilis təvazökarlığı? Stereotiplərə damğa vuran siluetlər? Yoxsa hamısı birlikdə?
Sizin üçün bu fəsilin ən maraqlı beş kolleksiyasını hazırladıq. Onların arasında həm yeni nəsil və inkişaf etməkdə olan dizaynerlər, həmdə lüks, kütləvi və tanınmış moda evləri yer aldı.
1. Francesca Lake (yeni nəsil dizayner)
Bu ilin ən parlaq və qeyri-adi debütlərindən biri yamaykalı dizayner Francesca Lake-in Wake The Town kolleksiyası idi. Ölüm və həyat, matəm və sevinc haqqında olan kolleksiya, Yamayka mədəniyyətinə özəl baxış keçirirək onun tarixi, kolonizasiya keçmişi və milli kimlik mövzularına toxunur. Avropa moda ənənəsini istifadə edərək, dizayner çətin etnik məsələləri gündəmə gətirir. Ondan əlavə olaraq, kolleksiyanın adı iki mənanı eyni zamanda translyasiya edir: bir tərəfdən o şəhərin oyanışı, diğər tərəfdən isə – şəhərdə yas mərasimi deməkdir. Bu Yamayka mədəniyyətinin özəlliyini təstiq edir və yasın bir həyat bayramı olması Francesca Lake-in yaratdığı işlərdə qeyri-adi bir işıq üzü görür.
2. Harris Reed (inkişaf edən dizayner)
Harris Reed illərdi yaratdığı hipertrofik, şişirdilmiş siluetlər, gender flüidliyi ilə tanınır: onun estetikasında özünəməxsus bir teatrıllıq, ekstravaqantlıq var. Dizaynerin bu il təqdim etdiyi kolleksiya isə bir az fərqli idi. İlk öncə, bütün obrazlar təvazökarlıqa bürünmüşdü: ağ rəngin çox olması, sükut formalar Harris Reed-in daha öncə heç sınamadığı bir üslübü göstərdi. Bu «sakitçiliyin» arxasında maraqlı bir səbəb var. İllərdi epotaj və tamaşa yaradan dizayner, bəlkə də ilk dəfə qarşısında bir kommersiya məqsədi qoyaraq, «necə satıla bilən, və eyni zamanda müəllifin qeyri-adi dünya baxışların əks etdirən paltar yaratmaq olar?» sualına cavab axtarır. Və cavab öz əksəriyyətini Loud Whispers adlanan kolleksiyada tapır.
3. Alexander McQueen (lüks moda evi)
İllərdi Alexander McQueen brendinin kreativ direktoru Sarah Burton idi. McQueen-in illərdi assisenti olan dizayner, on üç il ərzində brendin DNA hörmət, yaradıcının isə arxivlərinə diqqətlə yanaşmağa çalışırdı. Buna baxmayaraq, onun kolleksiyaları çoxlu mənfi tənqid alırdı, brend isə ideoloji baxımdan ölü sayılırdı.
Bu səbəbdən Seán McGirr 2023 kreativ direktor təyyin olunması, bu il isə Yaz-Yay kolleksiyası təqdim etməsini hamı gözləyirdi. Səbəblərdən biri də brendin 25 ildən sonra yenidən London Fashion Week-ə qayıtması oldu.
Yeni kolleksiya bizi Alexander McQueen-in əsas fəlsəfələrindən birini xatırladır: paltar ilk öncə emosiya, sonra – gərginlik, və lap axırda isə gözəllik hissi yaratmalıdı. Mələk siluetləri, dini simvollar, kilsə ənənələrinin istifadə olunduğu kolleksiya çox unikal bir estetikaya malikdir. Qorxunc, amma eyni zamanda cəlbedici buynuzlar isə dərhal viral oldu. Balaca kilsədə keçirilən nümayiş izləyiciləri və moda ekspertlərini heyran etdi.
4. H&M (kütləvi moda evi)
H&M son illərdə kütləvi moda brendi imicindən kənara çıxaraq moda və incəsənəti birləşdirməyə çalışır. H&M&YOU&I şousunda brend süni intellekt, rəqəmsal incəsənət və musiqidən istifadə edərək interaktiv moda təcrübəsi yaratdı. Kolleksiyanın əsas xüsusiyyətləri isə romantik siluetlər, kəskin biçimlər və eklektik obrazlar idi. Nümayişin sonunda isə izləyicidə özü özünə bir sual yaranır: rəqəmsal texnologiyalar insanı modadan uzaqlaşdırır, yoxsa onunla daha fərqli şəkildə əlaqə qurmağa imkan yaradır? Və insanın texnologiya köməyi ilə yaratdığı əsərləri incəsənət adlandırılmaq olarmı?
5. Bora Aksu (tanınmış moda evi)
Türkiyəli dizayner Bora Aksu artıq iyirmi üç ildi ki London Fashion Week çərçivəsində «qadın olmaq nədir?» sualına öz kolleksiyaları ilə cavab verməyə çalışır. Bu il nümayiş olunan kolleksiyasında o keçmişin portretlərindən çıxıb müasir podiuma gəlmiş bir qadının obrazı yaradır. XVII əsr britaniyalı rəssam Mary Beale-dən ilhamlanan dizayner, dövrün kişi geyimlərinə xas elementləri, romantik krujevalar, həcmli qollar və zərif siluetlərlə birləşdirir. İlk baxışdan nağıl qəhrəmanlarını xatırladan obrazlar gözlənilməz bir məna qazanır: Aksu qadınlıq və kişilik haqqında formalaşmış təsəvvürləri alt-üst edir. Onun kolleksiyasında keçmiş sadəcə estetik ilham mənbəyi deyil, bu gün də aktual olan gender stereotipləri ilə dialoqa çevrilir.
London Fashion Week heç vaxt universal moda dilin qəbul etməyən və həmişə yeni baxış bucağını axtaran moda həftələrindən biri olaraq, London podiumlarının nə qədər fərqli hekayələr danışa bildiyini göstərib. Bəzən bu hekayələr keçmişə qayıdır, bəzən gələcəyə baxır, bəzən isə sadəcə bir sual verir: moda bu gün bizim haqqımızda nə deyir?
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.
