Həşəratlar çoxumuz üçün gündəlik həyatda diqqət yetirmədiyimiz, bəzən isə uzaq durduğumuz canlılardır. Pavel Molotkov isə təbiətin ən kiçik canlılarına fərqli prizmadan baxaraq onları metal üzərində sənət əsərlərinə çevirir. Minskdə fəaliyyət göstərən dizayner və metal sənətçisi həşəratların quruluşunu və incə detallarını metal üzərində yenidən yaradır. Onun işlərində böcəklər, iynəcələr, güvələr və digər həşəratlara rast gəlmək mümkündür. Mis, titan, latun və polad kimi materiallardan hazırlanan bu fiqurlar ilk baxışda real görünən canlı təsiri bağışlayır.
Sənətçi yaradıcılığında detallara xüsusi diqqət yetirir. Həşəratların qanadlarından bədən quruluşuna qədər müxtəlif elementləri metal üzərində dəqiqliklə işləyir. Nəticədə gündəlik həyatda çox da estetik qəbul etmədiyimiz canlılar fərqli və diqqətçəkən sənət obyektlərinə çevrilir.
Molotkov metal üzərində yalnız aksesuarlar deyil, müxtəlif heykəltəraşlıq və dekorativ sənət nümunələri də hazırlayır. Bu işlər arasında ən diqqətçəkən nümunələrdən biri 2024-cü ildə hazırladığı “İnsektofobiya” əsəridir. Əsərdə mis, titan, şüşə, polad və ağacdan istifadə olunaraq müxtəlif həşərat formaları işlənmişdir.
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.
