Skip to content

Dynamix Magazine

Çünki ilk qurban mən idim – Taylor Swift

Taylor Swift yenə qələmi əlinə alıb. Son albomunun davamı olan The Life of a Showgirl: Encore 2-də elə bir mahnı var ki, qısaca desək, müasir dövrün toksik, manipulyativ münasibətlərinə işıq tutur. Bildiyiniz kimi, Taylor sadəcə söz müəllifi deyil, hekayə yazarıdır.

Albomdakı sözügedən mahnı Patient Zero, yəni “İlk qurban” adlanır. Yenə də bildiyimiz kimi, Taylorun mahnıları sadəcə söz yığını deyil, hər birinin arxasında yaşanmış bir hekayə dayanır. Sözlərin hansı keçmiş sevgiliyə ünvanlandığı naməlum qalsa da, onlar heç də ucuz sözlər deyil. Gəlin birlikdə təhlil edək. Bəlkə qarşıdakı soyuq qış aylarında heç kimə danışa bilmədiyiniz problemlərdə Taylor sizə yol yoldaşı oldu. Çünki mahnının niyyəti də məhz budur. Hər şey ilk misrada özünü göstərir:

“If you wanna party with somebody who might know
About the devil on his shoulder under his halo”

Dostcanlı giriş, elə deyil? Əgər onun mələk simasının arxasında gizlənən şeytandan xəbərdar biri ilə əylənmək istəyirsənsə…

Şou qızımız artıq ağırlığını ortaya qoyur: məsələnin nə olduğunu bilir. Gəlin görək sonra nə gəlir.

“When the toxins take their hold, you’d rather die than let it go
But if you’re sick of him, I got you
I was patient zero”

Zəhər qanına dolaşanda artıq ölməyi istəyəcəksən, amma əgər ondan bezmisənsə, ilk qurban mən idim.

“Zəhər qanına dolaşanda ölməyi istəmək” nə deməkdir? Bəli, düzgün təxmin etdiniz: qarşınızdakı insanın əsl üzünü görürsünüz, amma artıq çox gecdir. Bağlanmısınız, unuda bilmirsiniz. Zəhərli ilan hiyləgərcəsinə üzünüzə baxır, siz isə onu sığallayıb “səni sevirəm” deyirsiniz. Taylor isə deyir ki, ilk qurban mən idim. Deməli, o sağalmağı bacarıb və indi bizə dəstək olmaq üçün gəlib.

“I heard somebody saying there’s trouble in paradise”

Birinin cənnətdə problem var dediyini eşitdim.

Gözəl metaforadır. Çünki bəzi insanlarla münasibətdə hər şey göz oxşayır, sanki cənnətə düşmüş kimi hiss edirik. Hər şey isə sonradan üzə çıxır. Taylor bu təcrübələrdən keçmiş kimi qarşımıza çıxır.

“I bet he burst into your life like fireworks
I bet he even said, ‘I love you’ first
And when you saw another woman coming out of his place
I bet he kissed the rain off your face”

Baxın, tam da budur. O, həyatınıza fişəng kimi işıq saçaraq gəlmişdi. “Səni sevirəm” sözünü də ilk o demişdi. Hətta xəyanətini tutanda indiyə qədər olmadığı qədər məsum və sevgi dolu görünüb gözünüzün yaşını silmişdi.

Klip də çox yerində işlənib. İlk baxışda hər şeyi mükəmməl görünən bir cütlük var, amma hər şeyin fərqində olan Taylor onları izləyir. Kişi qadını zəhərləməyə çalışarkən (burada şərab qədəhi mənəvi zəhəri simvolizə edir) Taylor qədəhi yerə atır.

İndi isə təsəlli başlayır.

“I know it seems like he shines so bright
But he’s bathing in your reflected light
On a free solo social climb (uh-huh)
Take it from somebody who lost his games but won the race
Take it from someone who said all of this to his face
Someone who knows she’s more than just the chase
Someone who had him and walked away
And so”

Bilirəm, deyir, sanki işıq kimi parlayırdı. Lakin o, sənin işığının altında parlayır. Bir çoxumuz üçün bu, kifayət qədər tanış mənzərədir. Sonra Taylor vurucu misralara keçir.

Bunu onun oyunlarında uduzub, amma yarışı qazanan birindən eşit.
Bütün bunları onun üzünə deyən birindən eşit.
Özünün sadəcə əldə edilməli bir hədəfdən ibarət olmadığını bilən birindən eşit.
Bunu onu əldə edib tərk edən birindən eşit.


Çətindir. Belə münasibətin içində olmaq insanı həm fiziki, həm zehni cəhətdən yorur, bununla yanaşı, sağlamlıq problemlərinə də səbəb ola bilər.

Patient Zero bizə bir şeyi xatırladır: bu yolu ilk gedən sən deyilsən, son gedən də olmayacaqsan. Zəhərli münasibətin ən ağır tərəfi təkliyidir, “bir mən belə düşünürəm” hissi. Taylor isə bu mahnı ilə həmin sükutu pozur və deyir ki, burada təksən deyə qorxma.

Hər şey fişəng kimi başlaya bilər, amma həqiqi sevgi gözünü qamaşdırmaz, səni yormaz, özündən şübhələnməyə məcbur etməz. Əgər oxuduqlarınız tanış gəlirsə, bu, zəiflik deyil, fərqinə varmağa başladığınızın əlamətidir. Fərqinə varmaq isə sağalmağın ilk addımıdır.

Taylor sağalıb, o yolu keçib və geriyə dönüb bizə əl uzadır. Bəlkə də bu mahnının ən böyük hədiyyəsi budur: “Mən də orada idim, çıxış yolu var.”

Qış soyuq olur, amma həmişə bitir…

Yaxşı dinləmələr! 🎧


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.