Skip to content

Dynamix Magazine

GARÁ × AccessBank × F’Rhyme işbirliyinə hazırsınızmı?

Sabah FK ilə əməkdaşlıqdan sonra GARÁ bu dəfə AccessBank və reper F’Rhyme ilə birgə layihədə geyim partnyoru kimi yer alır. Layihə korporativ brendinqə fərqli yanaşma təqdim edərək bank və streetwear-ı bir araya gətirir.

Əməkdaşlıq çərçivəsində iki fərqli T-shirt modeli, 9 elementdən ibarət stiker-pack və xüsusi qablaşdırma hazırlanıb. AccessBank-ın korporativ rəngləri və vizual elementləri GARÁ-nın konsepti ilə uyğunlaşdırılıb. Beləliklə, bankın brend kimliyi geyim və aksesuarlar üzərindən yeni formatda təqdim olunub.

Layihənin konsepti

Layihənin diqqət çəkən elementlərindən biri də qablaşdırma konseptidir. Loqonun ənənəvi yerləşdirilməsindən fərqli olaraq, burada “ACCESS” sözü ideyanın əsasına çevrilib. Kraft paketlərdə istifadə olunan “ACCESS THE DROP” və T-shirt-lər üçün nəzərdə tutulan kraft zərflərdəki “ACCESS INSIDE” mesajları konsepti tamamlayır.

T-shirt modellərinin qrafik dizaynı, stiker-pack və qablaşdırması GARÁ tərəfindən hazırlanıb. Kampaniyanın fotoçəkilişləri və vizual kontenti də kolleksiyanın ümumi konseptinə uyğun şəkildə ərsəyə gətirilib.

GARÁ × AccessBank × F’Rhyme kompaniyasının stiker-pack-i

Əməkdaşlığın mahiyyəti

AccessBank və F’Rhyme ilə əməkdaşlıq GARÁ-nın streetwear yanaşmasını fərqli sahələrlə bir araya gətirən layihələr sırasına əlavə olunur. Sabah FK ilə futbol mədəniyyəti kontekstində qurulan əməkdaşlıqdan sonra bu layihə GARÁ-nın öz dəst-xəttini başqa bir mühitdə ifadə etməsinə imkan yaradıb. Hər iki əməkdaşlıqda əsas diqqət fərqli kontekstlərə uyğun konsept hazırlamağa və məhsulun dizaynından təqdimatına qədər detallara kreativ yanaşma nümayiş etdirməyə yönəlib.


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.