Skip to content

Dynamix

Dünya Çempionatında “Half Time Show” dövrü başlayır

8İndiyə qədər əsasən Super Bowl səhnəsində görməyə alışdığımız ulduz ifaçıların möhtəşəm ara şouları artıq Dünya Çempionatına da daşınır.

FIFA-nın rəsmi açıqlamasına əsasən, Dünya Çempionatının final oyununda ilk dəfə xüsusi “Half Time Show” təşkil olunacaq.

19 iyul tarixində baş tutacaq final qarşılaşmasının ara şousunda səhnəyə pop musiqisinin ikonası Madonna, Latın musiqisinin əfsanəsi Shakira və K-popu dünyaya sevdirən BTS çıxacaq.

Milyonlarla azarkeş kütləsinə sahib olan bu məşhur simaların şousunun yaradıcı rəhbəri isə Chris Martin olacaq. Layihənin əsas məqsədi musiqi ilə futbolu bir araya gətirməkdir.

Şoudan və tədbir ətrafında formalaşacaq böyük azarkeş axınından əldə ediləcək gəlirlərin bir hissəsi uşaqlar üçün təhsil və futbol imkanlarını dəstəkləyən sosial layihələrə yönləndiriləcək.

Bu həmdə 48 komandanın yarışdığı ilk Dünya Kuboku olacaq.