Puerto Rikonun parlayan ulduzu Bad Bunny-in Zara ilə yeni işbirliyi məlum olub. Reperin bu əməkdaşlığı əvvəlki iki – Super Bowl Halftime Show və Met Gala 2026-da Zara əməkdaşlığından fərqlənir və o, Zaranın Yay 2026 kolleksiyasının əsas simasıdır. Lakin maraqlı məqam ondadır ki, kolleksiya sənətçinin əsl adını daşıyır. “Bennito Antonio” kolleksiyası bu gün yayımlanıb və 150 look-dan ibarətdir.
Kolleksiyanın tərzi isə küçə dəbi ilə klassik tikilişin lüks kombinasiyasından ibarətdir. Oversize şortlar, naxışlı köynəklər, hudilər və kətan kostyumlar üstünlük kolleksiyanın əsasını təşkil edib. Geyimlər bu ilin ən çox istifadə olunan rənglərindən olan “butter yellow” (açıq sarı), tünd mavi, çəhrayı, qara və.s ibarətdir.
Dəniz kənarında baş tutan çəkilişlərdə əl işi detalları, Puerto Riko küçələri ab-havasında elementlər yer alıb.
Kolleksiyanın Bakıda satışa çıxması barədə məlumat yer almasa da, yaxın bir neçə həftə ərzində Zara mağazalarında yeni kolleksiyanın geyimlərini və tanıtımı görə bilərik. Digər dəb xəbərlərini oxumaq üçün saytımızın Moda bölməsinə daxil ola bilərsiniz. Bizi sosial şəbəkələrdən izləməyi unutmayın.
