Skip to content

Dynamix

Kann Film Festivalında ən çox bəyənilən filmlər

Filmsevərlərin diqqətində Fransanın eyniadlı şəhərində keçirilən Kann Film Festivalıdır. 79-cu buraxılışı keçirilən festival mayın 12-23-ə qədər davam edəcək. Ötən illərdə “Parasite”, “The Pionist”, “Anora” və bir çox məşhur film festivalda mükafat qazanmışdı. Bu il də onlarla film ilk dəfə yayımlanır, tənqidçilər və tamaşaçının rəyini gözləyir. İlin ən çox bəyənilən filmlərini təqdim edirik.

Əsas Kateqoriya üzrə Palma Budağı mükafatına namizəd filmlərdən ən çox gözlənilən və bəyənilən filmlər arasında “Fatherland”, “Parallel Tales”, “Paper Tiger”, “Amarga Navidad”, “El Ser Querido”, “Histoires parallèles”, “Sheep in the Box” və “Soudain” var.

Bundan əvvəl “Ida” və “Cold War” ilə məşhurlaşan rejissor Paweł PAWLIKOWSKI-nin “Fatherland” filmi 1949-cu ildə, Soyuq Müharibənin başlanğıcı dövründə keçir. Hekayə məşhur alman yazıçısı Thomas Mann və qızı Erika Mann-in 16 illik sürgündən sonra Almaniyaya dönüşünü izləyir. Tənqidçilər filmi yüksək qiymətləndirib.

Rejissor Asghar Farhadi-nin builki filmi “Parallel Tales”in hekayəsi Parisdə keçir və məşhur yazıçı Sylvie-nin qarşı binadakı insanları izləyərək roman yazmasını mövzu edir. Sonra isə reallıqla uydurma bir-birinə qarışmağa başlayır. Palma Budağına əsas namizədlərdən hesab edilir.

Hirokazu Kore-eda-nın “Sheep in the Box” filmi isə sci-fi (elmi fantastika) dram janrındadır və yaxın gələcəkdə övladlarını itirmiş ailənin xatirələrlə yaradılmış humanoid robotu evlərinə gətirməsindən bəhs edir və maraqla qarşılanan filmlər sırasındadır.

Ryusuke Hamaguchi-nin “Soudain” filmi də festivalın ən çox danışılan filmlərindəndir. Film Tokioda yaşayan üç fərqli insanın təsadüfi qarşılaşmalarından başlayır və yavaş-yavaş onların keçmiş travmaları, münasibətləri və peşmanlıqları açılır. Hamaguchi yenə uzun dialoqlar və sakit emosional atmosfer üzərində qurulmuş hekayə danışır.

“Un Certain Regard” kateqoriyasında isə daha eksperimental və fərqli baxış ilə təqdim olunan filmlər yer alır. Əsas favoritlər isə “All The Lovers in the Night”, “Victorian Psycho”, “A Girl’s Story”, “I’ll Be Gone in June” və “Titanic Ocean” filmləridir.

“All The Lovers in the Night” filmi gecələr tək yaşayan və insanlarla ünsiyyət qurmaqda çətinlik çəkən bir qadının həyatından bəhs edir. Rejissoru isə Sho Miyake-dir.

“Victorian Pysco” isə Viktoriya dövründə keçən psixoloji thriller-dir. Gənc qadının aristokrat ailə daxilində yaşadığı manipulyasiya və paranoya üzərində qurulub və “gothic” üslubdadır. Filmin rejissoru Zachary Wigon-dır.

Keleber Mendoncha Filber rejissorluğunda “I’ll Be Gone in June” kiçik sahil şəhərində yaşayan bir kişinin keçmişi ilə üzləşməsini göstərir. Yaddaş, itki və zaman mövzuları üzərində qurulmuş melanxolik dramdır.

“Directors’ Fortnight” kateqoriyasına daxil olan filmlər daha müstəqil və cəsarətli mövzuları əhatə edir. Kateqoriyanın əsas filmlərindən bəziləri “Butterfly Jam”, “Clarissa”, “Too Many Beasts”-dir.

“Butterfly Cam” filmi müharibədən sonrakı travmalar və ailə münasibətləri haqqında psixoloji dramdır. “Clarissa” isə gənc qadının böyük şəhərdə öz kimliyini və həyat məqsədini axtarmasını mövzu edir.

Kann Film Festivalı hətta bəzən Oskar mükafatlarından daha üstün hesab edilir, çünki burada həm filmlər ilk dəfə yayımlanır, dünya premyeraları baş tutur, həm də festivalda uğur qazanan filmlərin bəziləri Oskar mükafatlarında namizəd göstərilir və ya mükafat qazanır. Daha çox film yenilikləri üçün saytımızı ziyarət etməyi və bizi sosial şəbəkələrdə izləməyi unutmayın.