Skip to content

Dynamix

Sarabski Festivalı Bulvarda mayın son günlərini yaddaqalan edəcək

Bakı Bulvarı bu günlərdə tam fərqli bir musiqi ab-havasına hazırlaşır. Elə bir ab-hava ki, içində musiqinin bir çox janrını tapmaq olacaq. İsfar Sarabskinin Hüseynqulu Sarabskinin şərəfinə təsis etdiyi “Sarabski Music Festival” şəhərin bir anda dəyişən havası kimi ritmini də tamamilə dəyişəcək!

Mayın 28-dən 30-na kimi davam edəcək bu üç gündə bizi dəniz kənarında cazdan elektronikaya, klassikdən etno musiqiyə qədər çox rəngarəng bir proqram gözləyir. Bulvar deyərkən, açıq havada gözlənilməz yağış və ya güclü külək sizi qorxutmasın, çünki festival bir neçə məkanı əhatə edəcək və onlara Elektra Events Hall və B4 restoranı da daxildir. Canlı ifalar, rəqs performansları, ustad dərsləri və daha çoxu mayın son günlərini sizin üçün yaddaqalan edə bilər.

Səhnədə isə İsfar Sarabski, Stimming, Sevda Ələkbərzadə və Dinara Əliyeva kimi çox güclü adlar olacaq. Mayın son günlərini musiqi ilə dolu keçirmək və bu atmosferi yerindəcə yaşamaq üçün biletləri və tədbirin detallı proqramını iticket.az saytından əldə edə bilərsiniz.