Hamıya məlumdur ki, Azərbaycanda K-pop və ümumilikdə Koreya mədəniyyəti bəzi ölkələrlə müqayisədə hələ də inkişaf mərhələsindədir. Buna baxmayaraq, sevilən və məşhur idolları ölkəmizdə görmək hər zaman asan olmasa da, Koreanshopbaku təşkilatçılığı ilə Bakıda yenidən K-pop dalğası canlanır.
K-pop Festival adlanan bu görüş əsl mənada fanların arzuladığı atmosferi təqdim edir. Festivalın adının “festival” olmasının da xüsusi səbəbi var: koreyalı sənətçilər, DJ çıxışları, rəqs performansları, fan meeting və daha bir çox sürpriz proqramlar bir arada olacaq.
7 iyun tarixində Henny və Gunwoo “Hayal Kahvesi” səhnəsində çıxış edəcəklər. Açılış proqramını isə yerli qrup NOVA və solo ifaçı Minjoon həyata keçirəcək. Gecəyə xüsusi ritm və enerji qatacaq isə DJ Jason və SunB olacaq.
Koreanshopbaku artıq bir neçə dəfə Azərbaycanda Koreya ab-havası yaratmağı bacarıb. Bu dalğa ilk dəfə 2025-ci ildə Kisunun ölkəmizə gəlişi ilə başlamışdı və bu hadisə fanlar üçün xüsusi əhəmiyyət daşıyırdı. Ardınca artan maraq bu tip layihələrin davamlı olmasına yol açdı. Koreya mədəniyyətini Azərbaycana daha yaxınlaşdıran bu təşəbbüslərə görə təşkilata təşəkkür düşür.
Tədbirdə iştirak üçün biletləri buradan əldə edə bilərsiniz.
