Adidas FIFA Dünya Kuboku 2026 ərəfəsində Adidas yeni kolleksiyasını təqdim edib. Kolleksiyada əfsanəvi futbolçular və aktyorlar yer alıb, bu da Adidas-ın yüksək keyfiyyətli tanıtım strategiyasının davamı olaraq görünür.
Kolleksiya “Backyard Legends” adlanır və kampaniyada futbolun əyləncəli və saf tərəfləri, böyük stadionlardan fərqli olaraq, uşaqlıq illərinin unudulmaz məhəllə futbolu ab-havasını önə çıxarıb.
Leonel Messi, Timothée Chalament, Trinity Rodman, Bad Bunny, Jude Bellingham, Alessandro Del Piero və Lamine Yamal kimi məşhurlar kampaniya üçün bir araya gəlib. Həmçinin David Beckham və Zinedine Zidane kimi əfsanələrin də görünməsi yeni nəsil ilə köhnə nəslin eyni ruhda birləşdiyini göstərib.
Kampaniyanın mesajı “You Got This” gənclərə özlərinə inanmağı və təzyiqdən uzaqlaşıb oyundan zövq almağı xatırladır. Beş dəqiqəlik qısa reklam filminə aşağıda baxa bilərsiniz.
