Hər kəs ondan sadəcə “Iceman” albomunu gözləyərkən, məşhur reper Drake bir gündə daha iki albom da yayımlayaraq bütün medianın diqqətini öz üzərinə çəkib. Bu addım musiqi dünyasında böyük əks-səda doğurub, çünki hər üç albom öz daxilində tamamilə fərqli emosiyaları təmsil edir.
“Iceman” – Dinləyicilərin uzun müddətdir gözlədiyi, Drake-in klassik, soyuqqanlı və ağır rep ritmlərinin üstünlük təşkil etdiyi albomdur. Burada o, daha çox uğurlarından və rep dünyasındakı mövqeyindən bəhs edib. Future və 21 Savage “feat”lərinə də yer verilib. Qeyd edək ki, albomun üz qabığında Drake-in illər sonra kolleksiyasına əlavə etdiyi Michael Jacksonun kristal əlcəyi də əks olunur.
“Habibti” – İçərisində daha romantik mövzular və arabic sound-lar olan albom R&B janrındadır. Partynextdoor və Loe Shimmy “feat”ləri mövcuddur. Drake bu treklər vasitəsilə keçmiş münasibətlərinə, şəxsi hisslərinə və yaşadığı duyğusal emosiyalara diqqət çəkib.
“Maid of Honor” – Sound olaraq daha hərəkətli olan bu albomun mövzusu ailə və münasibətlər üzərinə qurulub. Central Cee və Sexy Red-lə olan “feat”lər albomun diqqət çəkən hissəsidir.
2024-cü ildə Kendrick Lamar ilə aralarında olan mübahisə geniş səs-küyə səbəb olmuşdu. Drake bu layihələrində həmin mövzuya toxunacaqmı? – sualı bir çoxlarını maraqlandırırdı. Drake yeni treklərində həmin mövzulara sətiraltı toxunur. Xüsusilə bəzi misralarda Lamarın doğulduğu yer, Compton vurğulanır.
Reper bu üç albomla toplam 43 yeni trek təqdim etmiş olub. Dinləyiciləri onun bu addımından məmnun olsalarda, musiqi tənqidçiləri Drake-in bu gedişini “böyük risk” kimi qiymətləndiriblər.
Mənbə: bbc.com, gq.com
