“Cause I am a champion, and you’re gonna hear me roar”
Bu dəfə onun səsini musiqi platformalarından yox, canlı olaraq Bakıda eşidəcəyik. “I Kissed a Girl”, “Roar”, “Firework”, “Part of Me” kimi hitləri ilə dünya səhnələrini fəth edən ulduz bu dəfə paytaxtda çıxış edəcək.
Formula 1 Azərbaycan Qran Prisi 2026 bu il 10 illiyini qeyd edir və yubiley proqramının əsas sürprizlərindən biri məhz Katy Perry-nin səhnəyə çıxmasıdır. Müğənni sentyabrın 25-də keçiriləcək xüsusi gecədə tamaşaçılara unudulmaz şou təqdim edəcək.
Amma bu hələ hamısı deyil. Səhnədə digər böyük ad da var Calvin Harris. Bir tərəfdə pop ikonası, digər tərəfdə isə dünyanın ən güclü DJ-lərindən biri.
Sentyabrın 24-dən 26-na qədər davam edəcək yarış gündüzləri adrenalin gecə isə böyük şou proqram ilə yadda qalacaq kimi görünür.
