Skip to content

Dynamix

Met Gala 2026 önəçıxanlar

Metropoliten İncəsənət Muzeyinin Kostyum İnstitutu tərəfindən təşkil olunan ənənəvi Met Gala xeyriyyə balı hər il olduğu kimi may ayının ilk bazar ertəsi Nyu-Yorkda keçirilib.

Bu ilin dress-code-u “Fashion is Art” (Moda sənətdir) olub.

2026-cı il balı,Anna Wintour-un Vogue jurnalının baş redaktoru olmadan keçirilən ilk Met Gala kimi diqqət çəkib. 37 il baş redaktor olmuş Wintour-u Chloe Malle əvəz edib. Bu dəyişiklik özü-özlüyündə böyük hadisə sayılıb.

Bununla belə, Vogue rəhbərliyindəki dəyişiklik tədbirin strukturuna təsir etməyib. Anna Wintour hələ də gecənin kuratoru və sədri kimi əsas qərarverici mövqedə qalıb.

Wintour bu il həmsədrlər siyahısına 10 illik fasilədən sonra Beyoncé, aktrisa Nicole Kidman və tennisçi Venus Williams-ı daxil edib. Təşkilat komitəsində isə Zoë Kravitz, Sabrina Carpenter, Lisa, Doja Cat, Elizabeth Debicki yer alıb.

Gecənin qonaqları öz geyimləri ilə “sənət və modanın birləşməsi” ideyasını fərqli interpretasiyalarda təqdim ediblər.

Emma Chamberlain Mugler və rəssam Anna Deller-Yee ilə birgə hazırladığı, Vincent van Gogh-un “Ulduzlu gecə” əsərinə istinad edən custom look ilə çıxış edib.

Model Anok Yai isə Məryəm Ana obrazına istinad edən “Mater Dolorosa” motivli konseptual geyimdə olub.

Kendall Jenner isə Zac Posen tərəfindən GapStudio üçün hazırlanmış “Qələbə İlahəsi” heykəlindən ilhamlanan canlı heykəl obrazında çıxış edib.

Beyoncé 10 illik fasilədən sonra Met Gala-ya qayıdaraq Caroline Durieux-un “Visitor (Ziyarətçi)” əsərindən ilhamlanan, Louis Vuitton ilə birgə hazırlanmış custom look təqdim edib.

Bu il Met Gala ümumilikdə “geyim yox, sənət obyektləri” ideyasını ən çox vurğulayan gecələrdən biri kimi yadda qalıb.