Harry Potter sevənlər üçün inanılmaz xəbərlər var! Bir neçə ay əvvəl Harry Potterin yeni formatda geri döndüyü və yeni aktyorların kimliyi xəbərini bölüşmüşdük.
Artıq serialın treyleri də yayımlanıb və bu ilin sonu ekran başında Harry Potter serialını izləyə biləcəksiniz. Bəli, serial! Artıq Harry Potter film yox, serial formatında davam edir. Buna baxmayaraq ssenari Harry Potter kitablarına sadiq qalaraq qurulub. Hər sezon bir kitabı əhatə edəcək və ümumilikdə yeddi sezon planlaşdırılır. Bu yanaşma əvvəlki filmlərdə yer almayan detalları ekrana gətirməyə imkan verəcək. Yayımçı isə HBO və HBO MAXdır.
Layihənin yaradıcı əsası J. K. Rowling tərəfindən yazılmış orijinal hekayəyə dayanır. Serialın tonu əvvəlki filmlərlə müqayisədə daha qaranlıq və realist olacaq. Vizual olaraq daha müasir texnologiyalardan istifadə ediləcəyi gözlənilir. İlk sezon Harry Potter and the Philosopher’s Stone əsasında qurulacaq. Hekayə yenidən Harry-nin uşaqlıq dövründən başlayaraq Hogwarts-a qədər olan mərhələləri əhatə edəcək.