Skip to content

Dynamix

“Maska” şousu 2-ci mövsümə möhtəşəm start verdi

Yayımlandığı ölkələrdə reytinq cədvəllərini alt-üst edən məşhur “Maska” şou layihəsi ikinci mövsümünə start verdi. Böyük maraqla gözlənilən ilk buraxılış tamaşaçılara həm maraqlı performanslar, həm də intriqa dolu anlar yaşatdı.

İlk proqramda Pişik, Dəniz, Dönər, Nərə Balığı, Yad Planetli və Səməni maskalarının arxasında gizlənən məşhurlar səhnəyə çıxaraq öz performansları ilə diqqət çəkdilər. Maskaların arxasında kimin gizləndiyini tapmaq isə bu mövsümün detektivlərinə həvalə olundu.

Bu çətin və maraqlı missiyanı Azərbaycanın tanınmış və sevilən simaları, Faiq Ağayev, Kamilə Babayeva, Coşqun Rəhimov, Murad Arif və Nigar Camal öz üzərinə götürdü. Dedektivlər səslərdən, ipuclarından və səhnə davranışlarından istifadə edərək maskaların arxasındakı məşhurları müəyyən etməyə çalışdılar.

İlk buraxılışda təqdim olunan performanslar isə xüsusi maraq doğurdu. Pişiyin “Miau Miau”, Yad Planetlinin “Sledgehammer”, Nərə Balığının isə “Under the Sea” ifaları şouya fərqli rəng qataraq tamaşaçıların diqqətini cəlb etdi. Seçilən mahnıların maskaların xarici görünüşü ilə uyğunluğu isə layihənin konsepsiyasını daha da gücləndirdi.

Rəngarəng səhnə tərtibatı, maraqlı maskalar və gizli qalan məşhurların yaratdığı əyləncəli “Maska” şousunun ikinci mövsümünün də ilk gündən böyük maraqla qarşılanacağını göstərdi. Yeni buraxılışlarda hansı məşhurların maska arxasında olduğu isə artıq ən çox müzakirə olunan mövzulardan birinə çevriləcəyi də şübhəsizdir.

Şounun ikinci mövsümün ilk buraxılışını buradan izləyə bilərsiniz.