Skip to content

Dynamix

#NewMusicFriday dünya musiqisində hansı yeniliklər var?

Pop ulduz Miley Cyrus ona məşhurluq gətirən “Hannah Montana” serialının 20-ci ildönümünə özəl olaraq “Younger You” adlı yeni mahnısını təqdim edib.


Britaniyanın yeni parlayan ulduzlarından Raye məşhur alman bəstəkarı Hans Zimmer ilə iş birliyi çərçivəsində “Click Clack Symphony” adlı yeni layihəsini təqdim edib.


Dünyaca məşhur koreyalı pop qrupu BTS 4 illik fasilənin ardından yeni albomu “Arırang”dan “Swim” mahnısını sevənlərinə təqdim edib. Mahnı qısa zamanda izlənmə rekordu qıraraq dinləyicilərin BTS təqdimatında olan K-pop həsrətinə son qoyub.


Dünyaca məşhur elektron musiqi qrupu Faithless amerikalı pop ulduz Bebe Rexha ilə birgə “New Religion” adlı yeni mahnını dinləyicilərə təqdim edib. Elektron ritmlər və emosional vokalın birləşdiyi mahnı qısa zamanda diqqət çəkərək musiqi platformalarında trendə çevrilib.


Keçmiş “One Direction” qrupunun üzvü Zayn Malik “Sideways” adlı yeni mahnısını yayımlayıb. Müasir pop və R&B elementlərinin yer aldığı trek müğənninin fərqli musiqi üslubunda da uğurlu ola biləcəyini sübut edib.