K-popun ən məşhur və sevilən qruplarından biri olan BTS uzunmüddətli fasilədən sonra səhnələrə geri qayıdaraq fanatlarını sevindirib. Hərbi xidmət səbəbilə fasilə verməli olan qrup üzvləri yenidən bir araya gələrək yeni layihələrə imza atıblar.
BTS-in bu geri dönüşü ilə işıq üzü görən “Arirang” albomu qrupun müxtəlif tərəflərini fanatlara təqdim edir. Koreyanın ən məşhur ənənəvi melodiyalarından biri olan “Arirang” vasitəsilə qrup həm köklərinə bağlılığını, həm də keçdiyi yolu simvolik şəkildə ifadə edir. Bu albom 20 mart 2026-cı ildə yayımlanaraq qrupun uzun fasilədən sonra təqdim etdiyi ilk böyük iş kimi tarixə düşüb.
Albomun əsas mahnısı “Swim” isə qısa zamanda dinləyicilərin diqqətini çəkib. Mahnının klipi vizual baxımdan olduqca təsirli hazırlanıb və klipdə məşhur aktrisa Lili Reinhart yer alıb. Bu, fanatlar üçün gözlənilməz sürpriz olub. “Swim” həm melodiyası, həm də yaratdığı emosional təsirlə BTS-in əvvəlki işlərindən fərqlənir və yeni dövrün başlanğıcını simvolizə edir.
Geri dönüş yalnız albomla məhdudlaşmayıb. Seulun mərkəzində keçirilən möhtəşəm “The Comeback Live” konserti yüz minlərlə fanatı bir araya gətirib. Bu tədbir sadəcə bir konsert deyil, illərlə davam edən həsrət və sevginin partlayışı idi. Fanatların birlikdə oxuduğu mahnılar və səhnədəki enerji BTS-in təsir gücünü bir daha nümayiş etdirdi. Konsertin Netflix vasitəsilə yayımlanması isə bu tarixi anları bütün dünyaya çatdırdı.
Bundan əlavə, qrup artıq gələcək planlarını da açıqlayıb. 2026–2027-ci illəri əhatə edəcək dünya turu ilə BTS fanatları ilə yenidən görüşməyi planlaşdırır. Bu dünya turu aprelin 9-da Cənubi Koreyada başlayacaq və 82 konsert proqramı ilə davam edəcək.
Mənbələr:
https://helm.news/2026-03-04/bts-releases-new-album-arirang-march-marking-their-first-full-band-album.html?
https://bts.fandom.com/wiki/BTS_THE_COMEBACK_LIVE_ARIRANG