Skip to content

Dynamix

Angela Nikolau və İvan Beerkus zirvə ilə yanaşı qanunlarıda aşdılar

Son zamanlar adlarından tez-tez bəhs etdirən Angela Nikolau və İvan Beerkus, ip və digər təhlükəsizlik vasitələrindən istifadə etmədən dünyanın məşhur hündürmərtəbəli binalarının zirvəsinə qalxmaları ilə tanınan rusiyalı cütlükdür.

Sosial media fenomenləri olan Angela Nikolau və İvan Beerkus bu yaxınlarda Empire State Building binasında etdikləri cəsarətli evlilik təklifindən sonra həbs olunmaları ilə dünya gündəminə düşüblər. İnternetdə yayılan videolarda cütlüyün tamamilə qara geyimdə binanın antenasının zirvəsinə qalxdığı görünür. İvan evlilik təklifi etməzdən əvvəl üzərində “Sevginin gücü güc sevgisini məğlub etdikdə, dünya sülhü tanıyır” sözləri yazılmış banner açıb, daha sonra isə Angelaya evlilik təklifi edib.

Cütlük Empire State Building-in zirvəsində etdikləri evlilik təklifinə görə həbs olunub. Onlar barəsində başlanmış hüquqi proses çərçivəsində oğurluq, ehtiyatsızlıq nəticəsində insanların həyatını təhlükəyə atma, cinayət xarakterli qanun pozuntuları, eləcə də yüngül cinayət və mülki qanun pozuntuları ilə bağlı ittihamlarla üzləşiblər. Cütlüyün taleyinin necə nəticələnəcəyi isə hələlik məlum deyil.

Angela Nikolau və İvan Beerkus bundan əvvəl, 2022-ci ildə Merdeka 118 binasına da qalxmışdılar. Dünyanın ikinci ən hündür binası hesab edilən bu tikilidəki macəraları əsasında “Skywalkers: A Love Story” adlı Skywalkers: A Love Story sənədli filmi çəkilib.