Yaşadığın o unudulmaz hissləri təkrar yaşamaq hələ də gec deyil!
Nostalji hisslər, yeniyetməlik dövrü, yaşanan ilk həyəcanlar bəzən bizdən keçib getdiyini düşünsək də, Tokio Hotel qrupu “Memory Lane” ilə axtardığımız bu hisslərə yeni bir nəfəs gətirdi. Mayın 26-da yayımlanan mahnı və klip qrupun dinləyiciləri tərəfindən gözlənilən marağı doğrultdu.
2000-ci illərin ortalarında Tokio Hotel təkcə Avropanın yox, Azərbaycan gəncliyinin də sevimli qrupuna çevrilmişdi. Bill Kaulitzin səsi, qrupun üsyankar duruşu və “Moonsun” “Ready, Set, Go” “World Behind My Wall” kimi mahnılar o illərdə Bakı məktəblərinin dəhlizlərindən tutmuş gənclərin otaqlarına qədər hər yerdə səslənirdi. Həmin nəsil üçün Tokio Hotel yalnız bir qrup olmaqla yanaşı yeniyetməlik dövrünün getdiyi üsyanının və azaldığın səsi idi.
Klipin mövzusu qrupun 2005-ci ildə “Moonsun” ilə dünya şöhrəti qazanmadan əvvəlki dövrünü əhatə edir. Qrup üzvləri klipdə müxtəlif səhnələrdə iştirak edir. Bill Kaulitz uşaqlıq illərinə, eyni zamanda Tokio Hotelin məşhurlaşmadan əvvəlki dövrünə nostalji bir səyahət edir. Bu, əsl mənada nostalji deyil, keçmiş ilə indiki arasında qurulan bir körpü rolunu oynayır.
Qrup 2022-ci ildə yayımladığı “2001” albomundan sonra “Encore” ilə yeni bir eraya hazırlaşır. Oktyabrın 16-da, 2026-cı ildə dinləyicilərin ixtiyarına buraxılacaq albom 12 mahnını özündə birləşdirir. Albomun ardından isə Tokio Hotel arena turneləri çərçivəsində müxtəlif şəhərlərdə çıxış edəcək. Onları canlı izləyərək mahnıları birgə oxumaq istəyən dinləyicilər artıq biletlərini əldə edərək o anın gəlməsini səbirsizliklə gözləyirlər.
Mənbə: tokiohotel.com, diffus.de, cheriefm.fr
