Skip to content

Dynamix

Mercedes-Benz Fashion Week Azerbaijan-ın yeni mövsümü “Gələcəyin Cəngəlliyi” (Jungle of the Future)

Mercedes-Benz Fashion Week Azerbaijan-ın yeni mövsümü 12–14 iyun tarixlərində Bakıda, Elektra Events Hall məkanında keçiriləcək və “Jungle of the Future” (“Gələcəyin Cəngəlliyi”) konsepsiyası altında təqdim olunacaq. Bu konsepsiya təbiətin estetikası ilə müasir texnologiyaların harmonik vəhdətini əks etdirir.

Tədbirin təşkilatçıları Azərbaycan Moda Dizaynerləri Assosiasiyası (AFDA) və Innovation Event şirkətidir. Layihənin strateji tərəfdaşı isə Mercedes-Benz Group AG-nin Azərbaycandakı rəsmi distribütoru olan “Avtokapital-Azərbaycan” şirkətidir.

Tədbirin əsas ödəniş tərəfdaşları rəqəmsal ödənişlər sahəsində dünya lideri olan Visa və ABB.

Üç gün ərzində paytaxt müxtəlif ölkələrdən gələn beynəlxalq dizaynerləri bir araya gətirəcək. Onlar müəllif kolleksiyalarını genişmiqyaslı fashion-performanslar formatında təqdim edəcəklər. Dəfilələr xüsusi vizual həllər, işıq instalyasiyaları və musiqi kompozisiyaları ilə müşayiət olunaraq mövsümün vahid atmosferini yaradacaq.

Əsas proqramla yanaşı, qonaqlar üçün xüsusi pop-up məkanı təşkil olunacaq. Burada dizaynerlərin və brendlərin eksklüziv kolleksiyaları nümayiş etdiriləcək və yalnız Mercedes-Benz Fashion Week Azerbaijan günlərində əldə etmək mümkün olacaq.

Bu mövsümün əsas fərqləndirici xüsusiyyətlərindən biri onun musiqi konsepsiyası olacaq. Tədbir çərçivəsində Roma, Paris, Dubay, İstanbul və Tbilisidən dəvət olunmuş DJ-lər və elektron musiqi ifaçıları çıxış edəcəklər. Təşkilatçılar bildirirlər ki, bu il vurğu yalnız moda üzərində deyil, həm də moda, musiqi və səhnə quruluşunu birləşdirən tam immersiv təcrübənin yaradılmasına yönəlib.

Moda Həftəsinin xüsusi tədbirlərindən biri də 11 iyun tarixində keçiriləcək qapalı Atelier de Parfum City təqdimatı olacaq. Layihə çərçivəsində Azərbaycanın səkkiz aparıcı dizayneri – Orxan Sultan, Natavan Əliyeva, Zemfira Cəfərova, Anara Zakirli, House of Lali, Other Azer, Günah və Ajoure Atelier dünya şöhrətli ətirlərdən ilhamlanaraq hazırladıqları obrazları təqdim edəcəklər.

Layihə üçün hər dizayner bir eksklüziv obraz yaradacaq və bu obrazlar Tünzalə Ağayeva, Təranə Muradova, Jiva, Elnur Hüseynov və digər tanınmış simalar tərəfindən nümayiş etdiriləcək. Tədbir Absheron Hotel Group-a məxsus Boutique19 otelində keçiriləcək.

Tədbirin əlavə tərəfdaşları sırasında Kspace, MAC, Azerbaijan Tourism Board, Hilton Baku, Green Era Travel, Sdesign, Avenue8, HFC Paris, Sirab, Crocus Fitness, The Bread, Lemon Flowers və Pasifico yer alır.

Mövsümün rəsmi media tərəfdaşları isə Dynamix Magazine, Xəzər Media, N13, Baku Magazine, Caspian Magazine, WE Media, Gorod24, Megapolis Time və digər media qurumlarıdır.