Skip to content

Dynamix

Difae moda evi “Enigma” kolleksiyası ilə qadının sirrini nümayiş etdirəcək

14 İyun. Mercedes-Benz Fashion Week-in üçüncü günü. Podiumda Difae moda evi tərəfindən “Enigma” kolleksiyası təqdim ediləcək. Kolleksiyanın hər silueti, hər əl işinin hər tikiş işi bir şeyi pıçıldayır: zəriflik heç vaxt bağırmaz. O, sadəcə sirr olaraq qalar.

Moda evinin sahibəsi həmçinin dizayner Delya bu hissi bir sözə sığışdırır. Eniqma. Sirrli qadın. Çünki ən güclü qadın öz sirrini geyinəndir.

Gənc, lakin artıq Avropanın moda redaktorlarının, İtaliyanın stilistlərinin diqqətini çəkmiş bir Azərbaycan brendinin o gecəki çıxışı bir debüt olmaqla yanaşı həmçinin Azərbaycan brendinin dünyaya meydan oxuması olacaq.

indi isə podium öncəsi yaradıcı dizaynerimiz Delya ilə müsahibəmizi təqdim edirik.

Bu kolleksiyanı hazırlayarkən qarşılaşdığınız ən böyük yaradıcı çətinlik nə oldu?

Ən böyük çətinlik sirr və zərifliyi eyni anda həm klassik, həm də müasir formada ifadə etmək idi.

Kolleksiyada şəxsi həyatınızdan və ya təcrübələrinizdən izlər varmı?

Xeyr, bu kolleksiya şəxsi həyatımdan qaynaqlanmır. O, qadının zərifliyini, xarakterini və sirli tərəfini bir arada ifadə etmək istəyir.

Müasir modada sizi ən çox narahat edən və ya dəyişdirmək istədiyiniz məqam nədir?

Məncə, müasir modada fərdilik bəzən trendlərin arxasında qalır. İstərdim ki, insanlar dəbi izləməkdən çox, öz üslublarını yaratsınlar.

Bu kolleksiyada ən çox diqqət yetirdiyiniz detal hansıdır?

Ən çox diqqət yetirdiyimiz məqam siluet və əl işidir (handmade). Həmçinin çalışmışıq ki, zəriflik və dəbdəbəni bir araya gətirək, amma bu dəbdəbə heç vaxt həddindən artıq görünməsin.

Bugünkü moda auditoriyasının gözləntilərinin dəyişdiyini düşünürsünüzmü? Bu dəyişikliklər işinizə necə təsir göstərir?

Bəli, modada dəyişiklikləri görürəm və bu məni sevindirir. İnsanlar artıq öz üslublarına daha çox diqqət yetirirlər. Düşünürəm ki, bu gün modada demək olar ki, hər şey aktualdır — əsas odur ki, rənglər və detallar bir-birinə uyğun olsun. Hətta köhnə sandıqdan çıxan parçalar belə yeni baxışla yenidən dəbə çevrilə bilər.

Kolleksiyanızda davamlılıq (sustainability) və məsuliyyətli istehsal prinsiplərinə yer vermisinizmi?

Bəli, əlbəttə. Kolleksiyamızı hazırlayarkən hər bir detalı diqqətlə düşünmüşük və çalışmışıq ki, yaratdığımız geyimlər həm bu gün, həm də gələcəkdə öz aktuallığını qorusun. sas odur ki, rənglər və detallar bir-birinə uyğun olsun. Hətta köhnə sandıqdan çıxan parçalar belə yeni baxışla yenidən dəbə çevrilə bilər.

Moda sizin üçün sadəcə geyim dizaynıdır, yoxsa özünüifadə vasitəsi?

Bizim üçün moda ilk növbədə gözəllik və estetikadır. Komandamızla birlikdə çalışırıq ki, müştərilərimiz özlərini gözəl hiss etsinlər. Hər kəsin zövqü fərqlidir, buna görə də biz onların istəklərini nəzərə alırıq və məsləhətlərimizi də məmnuniyyətlə qəbul edirlər.

Kolleksiyanızı bir söz ilə ifadə edin.

Kolleksiyamı bir sözlə ifadə etsəm, bu, “Eniqma” olar. Bu söz “sirr” mənasını verir və mən düşünürəm ki, hər bir qadında kiçik bir sirr olmalıdır.

Gənc dizaynerlərə vermək istəyəcəyiniz ən vacib məsləhət nə olardı ?

Başqalarını təqlid etməyin. Öz üslubunuzu və yaradıcılıq baxışınızı formalaşdırın. Ən əsası isə özünüzə inanın və yaratmaqdan qorxmayın. İstərdim ki, hər bir modelyer yalnız modelyer deyil, həm də yaxşı dizayner olsun və öz yaradıcılığını, fərdi baxışını ortaya qoya bilsin. Sevindirici haldır ki, bu gün bizdə belə istedadlı dizaynerlər kifayət qədərdir.

Mercedes-Benz Fashion Week podiumunda nümayiş sizin üçün nə ifadə edir?

Mercedes-Benz Fashion Week podiumunda çıxış etmək mənim üçün böyük qürur və məsuliyyətdir. Məni xüsusilə sevindirən odur ki, bu gün Difae_Couture brendinə xaricdə də maraq artır, hətta Avropadan və İtaliyadan jurnalistlər, redaktorlar və stilistlər yaradıcılığımızla maraqlanırlar. Bu, bizim üçün böyük motivasiyadır.

Mercedes-Benz Fashion Week podiumunda nümayiş olunacaq bu kolleksiya bir moda nümayişi olmaqla yanaşı həmdə güclü qadının sirrli təbiətini hiss etdirəcək.