Bu yay nə dinləyəcəyik sualına cavab axtaranlar yaxın gəlin.
Spotify ənənəyə sadiq qalaraq bu yay üçün ən çox danışılan mahnıları yenidən bir playlistdə topladı. “Songs of Summer” adlı playlist həm pop, həm indie, həm də dance ritmlərini bir araya gətirərək qarşımıza çıxır.
Playlistdə Ariana Grande, Drake, PinkPantheress, Zara Larsson, Bebe Rexha və Olivia Rodrigo kimi adlar yer alır. Siyahı daha çox gün batımı gəzintiləri, dəniz kənarı axşamları və tətil yolu səyahəti hissi yaradan mahnılar üzərində qurulub.
Xüsusilə ANOTR və 54 Ultra-nın “Talk To You”, PinkPantheress-in “Girl Like Me”, Zara Larsson-un “Midnight Sun” və Dara-nın “Bangaranga” mahnıları artıq TikTok və Instagram Reels üçün viral sound rolunu oynayır. Digər tərəfdən, Slayyyter, Don Toliver və Tame Impala & JENNIE əməkdaşlığı isə playlistə yayın əvəzolunmaz gecə klubu atmosferini hiss etdirir.
Spotify istifadəçiləri isə playlist-dən ən sevdikləri bir mahnıya səs verə bilərlər. Lakin yalnız iyunun 11-ə qədər! Tətbiqə keçib favoritinizi qiymətləndirə bilərsiniz.
