Taylor Swift həm tənqidlərə tuş gələn, həm də təqdirəlayiq hesab olunan sonuncu albomundan sonra ilk layihəsini iyunun 5-də (xatırlatmaq lazımdır ki, daha əvvəl sinql olaraq yayımlanan “Oppalite” və “Elizabeth Taylor” elə albomun özündə də yer almışdı) yayımlayacağını bu gün, 1 iyun Beynəlxalq Uşaqlar Günündə açıqlayıb. Tarix təsadüf deyil, çünki o, mahnını “Toy Story 5” animasiya filmi üçün bəstələyib.
Mahnının adı isə “I Knew It, I Knew You” olacaq. Filmin ilk nümayişini izləmək şansı əldə edən sənətçi filmə heyran qaldığını və evə qayıdan kimi dərhal bu mahnını yazdığını deyib.
Həmçinin sənətçi beş yaşından bəri animasiyanın əvvəlki seriyalarını heyranlıqla izlədiyini və beləcə, onun uşaqlıq xəyalının gerçəkləşdiyini də əlavə edib. Yəqin ki, hamımızın sevimlisi olan animasiyanın mahnısının müəllifinin Taylor Swift olması bizi daha da həyəcanlandıracaq.
Dörd gün sonra məqalənin davamını oxumağı unutmayın, mahnını dəyərləndirəcəyik. Hələlik film və ya musiqi bölmələrinə keçid edərək daha çox yeni və maraqlı xəbərlərimizi oxuya bilərsiniz.
Mənbə: Instagram / taylorswift
Foto: Instagram / bethgarrabrant
