Skip to content

Dynamix

Bakını dəbin şəhəri edən daha bir moda həftəsi baş tutdu

Baku Fashion Week bu il payız/qış 2026–2027 mövsümünü təqdim edib.
1–3 may tarixlərində Azərbaycan Dövlət Filarmoniyasında baş tutan tədbir paytaxtı yenidən moda mərkəzinə çevirib.

Moda həftəsi çərçivəsində həm yerli, həm də beynəlxalq brendlər öz kolleksiyalarını nümayiş etdirərək səhnəyə fərqli yanaşma gətiriblər.

İlk günün əsas diqqət mərkəzində debut kolleksiyası ilə çıxış edən “De Majnuns” brendi olub.
Eyni zamanda ölkənin sevilən brendi “Uventa” və Gürcüstanın “House of Jesus Star” markası da öz kolleksiyalarını təqdim edib.

İkinci gün Zümrüd Mirzəliyeva və debut çıxışı ilə “Yamama” brendi moda sevərlərlə görüşüb.
Latviyadan xüsusi olaraq tədbirə qatılan Selina Keee isə beynəlxalq çalar qataraq proqramı daha da zənginləşdirib.

Final günündə Leinea brendinin debut şousu təqdim olundu. Bununla yanaşı, Qazaxıstanın ZHSAKEN brendi və yerli dizayner Sultan Qədimbəyli də podiumda yer alıb.

Moda həftəsi ərzində yüzlərlə tanınmış qonaq kolleksiyaları izləyərək Azərbaycan moda sənayesinə öz dəstəyini göstərib.

Qonaqlar arasında Alyona Əliyeva, Aysel Teymurzadə, Tünzalə Ağayeva, Təranə Muradova, Nərgiz Cəlilova, İlqarə Kazımova,Aynur Babaxan, Günay Musayeva və daha bir çox məşhur sima yer alıb.