Skip to content

Dynamix

Lorde Spotify-ın süni intellekt istifadəsinə etiraz etdi

Elə bir vaxtdır ki, artıq, bütün proqramlarda AI-ın iştirakını görmək mümkündür. Spotify da bu fürsəti qaçırtmayıb. Dinləyicinin rahatlığı üçün mahnılara xüsusi izah verən “About the Song” adlı yeni funksiyanı sınaqdan keçirib. Amma, “vaxt gələcək robotlar insanları əvəz edəcək” deyilən bu AI internetdən tapdığı hər dedi-qodunu həqiqət kimi qəbul edib mahnıların alt hissəsində yerləşdirib.

Hər şey Yeni Zelandiyalı pop ulduzu Lordenin öz “Current Affairs” mahnısının altındakı uydurma “fəlsəfəni” görməsi ilə başlayıb. Lorden Instagram-da paylaşdığı postda Spotify-a od püskürüb:

Biz bunu istəmirik! Bu robot həm yalan danışır, həm də insanların mahnını sərbəst başa düşmək azadlığını əlindən alır.” Görünən odur ki, süni intellekt nə qədər inkişaf etsə də, musiqinin içindəki o saf insan duyğusunu heç vaxt başa düşə bilməyəcək!