Skip to content

Dynamix Magazine

İTV-nin efirində yeni çoxseriyalı bədii film yayımlanacaq

İctimai Televiziya yeni mövsümə cəmiyyətdə böyük rezonans doğuracaq yeni ekran işi – “Sığınacaq: Əkizlər” çoxseriyalı bədii filmi ilə gəlir. Son illər “Mikrorayon” və “Vətəndaş A” kimi reytinqli və keyfiyyətli layihələrlə tamaşaçı rəğbəti qazanan “SFN Production” tərəfindən ərsəyə gətirilən bu serial, tezliklə İTV-nin efirində izləyicilərin görüşünə gələcək. Sadəcə bir dram layihəsi olmaqla yanaşı, cəmiyyətin ən həssas və aktual mövzularından biri olan qadın hüquqları və kəskin sosial problemləri də işıqlandırır. Serialın ssenari müəllifləri real qadın sığınacaqlarını ziyarət edərək oradakı gerçək həyat hekayələrindən, çətinliklərdən və qadın talelərindən ilhamlanıblar. Yaşanılmamış həyatın, gizli qalan sirlərin və gözlənilməz hadisələrin ətrafında cərəyan edən mövzuda, iki ayrı dünyanın toqquşması fonunda xəyanət, sevgi, güvən və həyat mübarizəsi dramatik bir dillə tamaşaçıya ötürüləcək.


Layihənin uğurlu və keyfiyyətli alınması üçün yerli kinematoqrafiyanın olduqca peşəkar komandası bir araya gəlib; belə ki, serialın quruluşçu rejissoru Rüfət Şahbazov, baş prodüseri Yalçın Verdiyev, və digərləridir. Aylardır davam edən gərgin və peşəkar çəkiliş prosesi artıq yekunlaşmaq üzrədir. Ekran işində xəyanətlə üzləşən, sevdiyi qadını itirməmək üçün sonuna qədər mübarizə aparan “Kənan” kimi dramatik, dərin psixoloji obrazların daxili sarsıntıları hekayənin mərkəzində yer alacaq.

Mənbə: muxbir.az