Skip to content

Dynamix Magazine

MTV VMA 2026-nın bütün namizədləri və dəyərləndirmələr

Musiqi bizim günlük həyatımızın ən ayrılmaz parçasından birinə çevrilib və dinlədiyimiz bu musiqilər və onları ifa edən musiqiçilər hər il bir neçə prestijli mükafatvermə mərasimi ilə mükafatlarla təltif olunurlar. Və budur ən çox gözlənilən mərasimlərdən biri olan MTV Video Music Awards (qısaca VMA) üçün kataqoriyalar ictimaiyyətlə paylaşıldı. Ümumilikdə tam 19 kataqoriya mövcuddur. Bunlardan 13 ədədi fanların açıq olaraq səs verə bildikləri, 6-ı isə sadəcə professionallar və musiqi tənqidçiləri tərəfindən qiymətləndiriləcək kataqoriyadır. Hər bir istifadəçi rəsmi saytdan günlük hər kataqoriya üçün 10 səs verə bilər. Və nəzərinizə çatdırmaq istəyərdik ki, səsvermə 25 sentyabr tarixində bitəcək və 27 sentyabr mükafatlar öz sahiblərinə qovuşacaq.

İlin ən böyük sürprizi:
VMA tarixinin ən böyük ikonalarından biri hesab edilməkdə olan amerikan popunun əsas kraliçası Madonna 2026-cı ildə sözün əsl mənasında geri dönüş edir. Müğənni bu il tam 11 nominasiya əldə edərək VMA siyahısına yenidən liderlik edir. Onun Confessions II – The Film layihəsi həm Video of the Year, həm Artist of the Year, həm də Song of the Year daxil olmaqla bir neçə əsas kateqoriyada mübarizə aparmağa davam edir. Madonna hazırda 19 VMA qələbəsinə sahib bir musiqiçidir və bu il bütün nominasiyalarından uğur qazansa, mükafat sayında Beyoncé və Taylor Swift ilə eyni səviyyəyə yüksələ bilər.

İlin ən yaxşı videosu:
Bu kataqoriyada Ariana Grande – “hate that i made you love me”, Bruno Mars – “I Just Might”, GENER8ION – “STORM starring Yung Lean”, Madonna – “Confessions II – The Film”, Sabrina Carpenter – “Tears”, Taylor Swift – “The Fate of Ophelia” mübarizə aparır. Fanatların və tənqidçilərin fikrinə görə ən böyük uğur şansı Taylor və Madonnada imiş.

İlin ən yaxşı sənətkarı:
Bu siyahıda əvvəlki siyahı ilə eynilik daşıyır sadəcə GENER8ION yerinə Morgan Wallen yer almaqdadır. Ancaq “You Seem Pretty Sad for a Girl So in Love” kimi 2026-a damğasını vurmuş Olivia Rodrigo isə bu və ya digər əsas kataqoriyalar üçün heç bir nominasiya əldə edə bilmədi. Elə bu da internetdə fanatlar arasında ən çox müzakirəyə səbəb olan mövzulardan biridir.

İlin ən yaxşı mahnısı:
Bu il musiqi sənayesinin ən hərəkətli illərindən biri olduğundan xəbərdarıq. Bəs hansı mahnılar ən yaxşı mahnı ola bilmək üçün seçildi? Budur onlar popun ikonası Madonna və popun yeni ulduzlarından Sabrina Carpenter tərəfindən “Bring Your Love”, K-POP-u dünyamiqyaslı edən və musiqiyə geri qayıdan BTS –dən “Swim”, Ella Langley –dən “Choosin’ Texas”, Sony pictures tərəfindən ekranlaşdırılan animasiyadan Huntr/x – “Golden”,  son zamanlar adından çox bəhs etdirən Olivia Dean –dən “Man I Need”, bu yaya sözsüz ki, istiqamət verən popun parlamaqda olan simaları PinkPantheress & Zara Larsson –dən “Stateside” (Remix), və son olaraq tam Nolanın “The Odyssey” filminin ruhunu yansıdan Raye –in “Where Is My Husband! mahnısıdır.

İlin ən yaxşı pop musiqisi:
İnsanların ən çox dinlədiyi musiqi janrı olan pop musiqi janrı bu il ən diqqət mərkəzində olan kataqoriyalardan biridir. Çünki bu kataqoriyada bir-birindən güclü ifalar yer almaqdadır. Wicked filmi ilə Hollivudun da ulduzu olan Ariana Grande –dən “hate that i made you love me”, yeni albomu ilə bir neçə sahəni özündə ehtiva edən Charli xcx –dən “SS26”, Blackpinklə qlobal areyaya eniş edən  LISA – dan “Dream” (ft. Kentaro Sakaguchi), sevginin ən saf halını qələmə alan Olivia Rodrigo albomundan paylaşdığı ilk mahnısı “drop dead”, “Espresso” ilə daha böyük kütləyə çatan Sabrina Carpenter –dən “House Tour”, musiqi dünyasının yeni “It girl”-lərindən olan Tate McRae – dən “Nobody’s Girl”, albom buraxdığı hər ilə dominantlıq edən Taylor Swift –dən  “The Fate of Ophelia”.

İlin ən yaxşı əməkdaşlığı:
Bu il bir çox musiqiçi bir yerdə əməkdaşlıq edərək dillər əzbəri mahnıları ilə çıxış etdilər. Nominasiya alan əməkdaşlıqlar bunlardır:
1. Clipse, Kendrick Lamar
2. Pusha T & Malice – “Chains & Whips”
3. French Montana x Max B – “Ever Since U Left Me”
4. Madonna & Sabrina Carpenter – “Bring Your Love”
5. PinkPantheress & Zara Larsson – “Stateside”
6. Shakira & Burna Boy – “Dai Dai”
7. Teyana Taylor & Lucky Daye – “Hard Part”
Musiqi tənqidçiləri ən çox PinkPantheress və Zara Larsson ilə Maddonna və Sabrina Carpenter əməkdaşlığına qalibiyyət ehtimalı verir.

Bu ilki mərasim yalnız namizədləri ilə deyil, həm də mükafat kateqoriyalarında baş verən dəyişikliklərlə diqqət çəkir. Uzun illər VMA proqramının bir hissəsi olan ən yaxşı rock kateqoriyası 2026-cı ildə bu siyahıdan çıxarılıb. Bu dəyişiklik 37 ildən sonra kateqoriyanın ilk dəfə təqdim edilməməsi deməkdir.

Bir sözlə, VMA 2026 üçün səhnə artıq hazırdır və indi növbə musiqinin ən böyük ulduzlarındadır.