Musiqi sənayesində elə mahnılar var ki, onlar incəsənətdən birinə həsr olunur. Çox vaxt bunun arxasında duran səbəb, ifaçının həmin şəxsə rəğbəti olur. Dynamix Magazine olaraq həm yerli, həm də xarici musiqi sənayesindən bu cür nümunələri sizlərlə paylaşırıq.
1.Qara Qarayev — “Matəm odası”
Qara Qarayev tərəfindən qələmə alınan bu əsər Azərbaycan musiqisini dünya miqyasına çatdıran, bəstələri ilə ilklərə imza atan Azərbaycan musiqisinin ən sevilən simalarından olan Üzeyir Hacıbəylinin xatirəsinə həsr edilib. O, həmin emosional simfonik əsəri sevimli ustadı və müəllimi Üzeyir Hacıbəylinin vəfatından sonra ona qarşı duyduğu ehtiramla bəstələyib. Musiqi notalarının vəhdəti sənətkara olan sonsuz hörmətin ən gözəl musiqili halıdır.
2.Arif Məlikov — 8-ci Simfoniya (“Sonsuzluq”)
Necə Qara Qarayev öz müəllimi Üzeyir Hacıbəylinin vəfatından sonra onun əziz xatirəsinə olan bəstə etdiyi kimi, eynilə Arif Məlikov da Qara Qarayevin vəfatından sonra ona bir bəstə həsr edərək ona wars olan hörmətini musiqili bir dillə dinləyənlərə çatdırıb. Bəstə ustadın sənət dünyasının sonsuzluğunun nişanı olaraq qəbul edilir.
3.Şövkət Ələkbərova — “Füzuli” kantatası
Musiqi dünyasında birinə həsr edilən musiqilər sadəcə bu sahədəki şəxslərə aid olmur, elə bu musiqi də buna bir nümunədir. Çünki qeyd etdiyimiz kantata Azərbaycan ədəbiyyatının ən önəmli simalarından olan Məhəmməd Füzuliyə yazılmışdır. Bunu ən uğurlu ifa edənlərdən biri retro musiqimizdə adını qızıl hərflərlə yazdırmış Şövkət Ələkbərovadır. Bu kantata 1959-cu ildə söz ustadı Füzulinin 400 illik yubileyinə xüsusi olaraq hazırlanıb. Burada onun yaradıcıllığından izlər görmək mümkündür.
4.Elton John — “Candle in the Wind 1997”
Bu mahnının digərlərindən daha maraqlı bir tarixi var. Bu mahnının 1993-dəki orijinalında ümumi mahnı Marilyn Monroe üçün yazılsa da, Elton John bu əsəri Princess Diana-nın xatirəsinə yenidən formalaşdırıb. Mahnı böyük səhnə işığı altında yaşayan, lakin tez sönən istedadların kövrək həyatını təqdim edir. Elton John-un romantik fortepiano ifası sənətçinin dostlarına olan sevgisini təmsil edir.
5.David Bowie — “Song for Bob Dylan”
Dünya musiqisinin ən bilinən və sevilən ifaçılarından David Bowie, bu mahnıda XX əsrin ən təsirli musiqiçilərindən biri olan Bob Dylan-ın səsini və cəsarətli lirikasını dinləyənlərə təqdim edir. O, Dylan-ı cəmiyyətin və musiqinin həqiqi səsini dilə gətirən bir qəhrəman kimi təqdim edir. Mahnı rok musiqisinin başqa bir əfsanəsinin öz ilham mənbəyinə bəstələdiyi bir işdir.
6.Peso Pluma, Gabito Ballesteros, Junior H — “Lady Gaga”
Meksika musiqisinin “corridos tumbados” janrında bəstələnmiş bu hit trek məşhur pop ustadı Lady Gaga-nın adını daşıyır. Mahnıda lüks həyat tərzi, şöhrətdən zövq almaq kimi mövzular ön plana çəkilir. İfaçılar sənətçinin adını parlaq və dəbdəbəli həyatın işarəsi kimi istifadə etməyə çalışaraq fərqli bir iş çıxarmağa çalışıblar.
7.Lana Del Rey feat. Bleachers — “Margaret”
Bu mahnı illərlə yeni albom çıxarmasa da, Spotify TOP 30-da yer alan Lana Del Rey və prodüser Jack Antonoff tərəfindən Jack-in həyat yoldaşı, aktrisa Margaret Qualley-ə yazılıb. Lana və Margaretin yaxın dost olduqları da bir neçə dəfə sosial mediada görüntülənib. Mahnı doğru insanı tapdıqda hər şeyin öz yerini alması və sevgi haqqında emosional parçadır. Lana Del Rey özünəxas olan üslubu ilə Margaret-in obrazını və bu sevgini romantik bir dillə dinləyənlərinə təqdim edib.
8.Taylor Swift — “Elizabeth Taylor”
Bu mahnıda Taylor Swift klassik Hollywood işıqlar ilə dolu, rəngli şöhrətin qarışıqlığından və daim insanların diqqət mərkəzində olan eşq həyatından bəhs edir. Elizabeth Taylorun dramatik, ehtiraslı və müzakirələrə səbəb olan həyat hekayəsi, Taylor Swiftin yaradıcıllığında özünəməxsus tərzi ilə birləşir. Əsər əfsanəvi kino ulduzunun şəxsiyyətinə hiss edilən ehtiramın həm romantik, həm də bir qədər melanxolik təsviridir.
9.Jack Hallow — “Dua Lipa”
Amerikalı repçi Jack Harlow tərəfindən ifa olunan bu hit əsər, özünün xüsusi festivalı olan, müasir pop musiqisinin ən parlaq ulduzlarından biri olan Dua Lipanın adını daşıyır. Mahnıda Harlow həmkarına olan heyranlığını və diqqətini hip-hop üslubu ilə əyləncəli və iddialı bir dillə ifadə edir. Repçi burada sadəcə ulduz həyatından söz açmır, həm də sənətçinin adını müasir pop-mədəniyyətinin simvolu kimi dinləyicilərinə nümayiş etdirərək yaddaqalan bir iş ortaya qoyub.
10.Adela — “Nicole Kidman”
Dünyaca məşhur aktrisa Nicole Kidmanın ekranda yaratdığı zərif və eyni zamanda güclü qadın obrazlarından ilhamlanan bu əsər, sənətçinin kino dünyasındakı duruşuna həsr edilib. İfaçı aktrisanın zadəgan duruşunu, istedadını və dərin emosional tərəfini musiqi dili ilə dinləyiciyə çatdırır. Mahnı qadın iradəsini və incəsənətin estetik gözəlliyini vurğulayaraq, dinləyicidə sanki klassik bir film izləyirmiş kimi kinematoqrafik bir atmosfer yaradıb bənzərsiz təcrübə yaşadır.
Musiqi sənayesində bir-birinə hörmət və ehtiramını ifadə edən ifalarla rastlaşmaq mümkündür. Bəs siz bu cür ifalardan, treklərdən hansıları bilirsiniz?
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.
