Azərbaycandan Hollywood-a böyük yol qət etmiş Fidan Aliva ilə Dynamix olaraq səmimi söhbət etdik. O, sənətə gəlməyindən, musiqi sənayesindəki problemlərdən və daha çoxundan bəhs etdi.
Dəli” mahnısının Hollywood ekranlarına çıxmağı necə baş verdi?
2020-ci ildə mən “International Songwriting Competition” müsabiqəsində öz “I Won’t Surrender” mahnım ilə ilk Azərbaycanlı finalist olmuşam. Həmən ərafədə mənə müxtəlif Britaniya və Amerikan agentliklərindən, radio və mətbuatdan təkliflər gəlməyə başladı. 2025 -ci ilin mart ayında UK Publishing-dən mənimlə əlaqə saxlanıldı və “DELI” mahnısını filmdə işlənilməsi üçün icazə istənildi. Yəni, “Dəli” mahnısının oralara kimi gedib çıxmasından əvvəl hələ mənim adım Britaniya və Amerikan mediasında dəfələrlə hallanıb. Ama bununla heç bir mətbuat heç vaxt paylaşmayıb. Hamımız səbəbini çox gözəl bilirik təbii ki. Bu intervyunu verməyimin əsl məqsədi odur, ki bəlkə hekayəm istedadlı gənclərimizi daha da ilhamlandıracaq.
“Dəli” təsadüfi yazılmış mahnıdır yoxsa hansısa maraqlı hekayəyə bağlıdır?
Bu mahnını 15 dəqiqəyə yazmışam. Günlərin bir günü Dilarə tufan kimi anidən studiyama gəldi, həmişəki kimi ortalığı qarışdırdı öz enerjili ab-havası ilə və bu mahnı ərsəyə gəldi Bu mahnı sırf Dilarəni təsvir edir və canlandırır,ona görə də mən artisti hiss etməliyəm ki,onunla işləyə bilim. Əksəriyyət kimi “əldə qayırma” mahnılar ümümiyyətcə mənlik deyil. Bunun üçün kifayyət qədər başqa bəstəkarlar var ortamda.

Mediadan uzaq qalmaq öz seçiminizdir?
Bəli. Özümü yerli şou biznesə heç vaxt aid etməmişəm. Nə özümü orda görə bilirəm, nə də ki yazdığım və ifa elədiyim mahnıları belə oralara aid edə bilmərəm. Bu yerli şou biznesin aşağı səviyyədə olub mənim özümü yüksək gördüyüm anlamına gəlmir heç bir halda. Sadəcə mən tam başqa bir aləmə aidəm. Həmdə yerli mətbuatın o qədər də marağı yoxdur onsuz mənim kimilərin uğurunu paylaşmağa. Ama nə gözəl və nə yaxşı, ki beynəlxalq mətbuatın məndə daha çox maraqı var nəyinki yerli mətbuatın. Məncə birinci hal daha lazım olanıdır və qürurvericidir.
Musiqi və produserlik fəaliyyəti necə başlayıb?
Mən 2008-ci ildə Avstriyanın Viyana şəhərinə köçüb orada 2 Bakalavriyat və 1 Magistr təhsili alıb ATƏT və BMT kimi yerlərdə işləmişəm. 2017-ci ildə Bakiya qayıdan kimi təsadüfən JİVA ilə tanış olmuşam. O vaxtlar hələ Cəmilə Həşimova idi. Ona 1,5 il ərzində produserlik etmişəm ilə və həmin JİVA adını da ona mən vermişəm. Təəsüf, ki media bu meqamları qeyd eləmir. İllər sonra başa düşürəm nəyə görə. Elə JİVA ilə produsserlik yolum ilk olaraq başladı Azərbaycanda. Avstriyada isə müxtəlif yerli sənətçilərlə işləyib onlarla musiqiçi kimi bir səhnədə yer almışam. 8 illik skripka üzrə musiqi təhsilim var. Sonradan Samir Bağırov, AİSEL, Nazryn, Miri Yusif, Röya, Dilarə Kazımova və digərləri ilə aktiv şəkildə bəstəkar və aranjımançı qismində işləmişəm. Artıq 4 ildir, ki heç bir yerli ifaçılarla daha işləməməyə qərar almışam (Dilarə Kazımova, AİSEL, Miri Yusif xaric). Rus estradası və global işlər daha çox məni maraqlandırır.
Fidan Aliva özünü Hollywood-da gördükdə nə hiss etdi?
Bu qədər tək başıma bacardığıma görə qurur hissi idi. 0 dəstək, 0 dost-tanış və 0 əlaqələr. Demək ki, mən həqiqətən gördüyüm işi yaxşı bilirəm.
Fidan Aliva 15 il sonra özünü harada görür?
Global səhnədə, dünyaca tanınmış artistlərlə bir arada. Adım daha da yüksəklərdən gələcək.
Müəllifi olduğunuz ən özəl mahnı:
Söz və musiqisi Nazryn-ə aid olan, lakin aranjimanı və unikal stili və produsserliyi mənə aid olan “Sənlə Olmaz Ki”. Bu stili, janrı ilk olaraq mən yaratdım və artıq Nazryn bu janr altında tanınılır. Bu mənim ilk olaraq əsl prodüser qismində olduğum layihəmdir və bu layihə bir daha hər kəsə nümunə olsun, ki unikal janr və səslənmə yaratmağa qorxmayın. Başqasına oxşamaq istəsəz və təkrarlasaz heç vaxt irəli getməyəcəksiniz. Həm də bu iş birliyimiz Nazryn ilə göstərdi, ki artist üçün öz prodüsserini tapmaq nə qədər də önəmlidir. Nazryn gözəl mahnılar yazırdı ama necə səslənməli idilər barəsində heç bir fikri yox idi. Ona unikal, özünə məxsus bir stil yaratmaq və bu stil ilə tanınmağını istəyirdim. Əminliklə deyə bilərik, ki bacardım.

Musiqi industriyasında uğurlu olmaq üçün formula var? Yoxsa şans məsələsidir?
Heç kəsə qulaq asmamalısan, egonu yığışdırmalısan, daimi öz üzərində işləməlisən, və hər yazdığın mahnıdan heç bir gözləntin olmamalıdır. Dəfələrlə yanlış mahnılar yazmağın səni bir gün düzgün, sənə mütləq şəkildə uğur gətirəcəyinə inan. Şans isə – enerjidir. O enerji də hər kəsdə olmur. O xüsusi bir şeydir. Məndə o var. Qapıların açılmırsa, demək, ki nəyi isə düzgün eləmirsən. Demək, ki nəyi isə təkrar nəzərdən keçirməlisən.
Sizcə, müasir Azərbaycan estradasının dünya səviyyəsinə çıxması üçün nə çatmır?
Hər şey çatmır. İlk öncə, estrada deyilən bir şey artıq yoxdur demək olar ki. Var toyxana. Toyxanaya və 1 günlük mahnılara üstünlük verilən cəmiyyət, ifaçılar, “bəstəkarlar”sizcə dünya miqyasına çıxa bilər? Mən düşünürəm, ki yox. Mənə gəldikdə isə, qoy mənim gördüyüm işlər, mahnılarım ən yaxşısı yerimə danışsın mən isə səssiszə mahnılarımı yazıb bu şəkildə globala çıxmağa davam edim.
Yaxında sizdən eşidəcəyimiz yeni mahnı, bəstə və ya proyekt var?
Bəli. Artıq bu günə qədər yazdığım, üzərində işlədiyim mahnılar işıq üzünü daha aktiv görməyə başlayacaq. Bu neçə illər mahnılarım, janrım və albomum üzərində işləmişəm. Artıq sırf özüm üçün bəstələyirəm və fəaliyyət göstərirəm Artıq zamanı gəlib.
Azərbaycanın underground musiqisi nə vəziyyətdədir? Niyə qadın təmsilçiləri bu qədər azdır?
Cəsarətli, unikal çox azdır. Hamı qorxur və bir birini təkrarlamağa çalışır. Həm də unutmayaq, ki ümumiyyətcə artist adlandırıla biləcək ifaçı çox azdır ölkədə. Artist Miro, Orxan Zeynallı, NJ, Pranga, Nazryn və Aisel kimiləridir. Rock janrından isə heç danışmaq istəməzdim. Ağlamağım tutur gördüyüm və eşitdiklərimdən. Onun rock olduğuna inanırlar…

Fidan Aliva hansı musiqiçilərə qulaq asır?
Çalışıram müxtəlif musiqiçilərə qulaq asım ama üstünlük verdiklərim Raye, Jacotene, Bonobo, RyX, Sade.
Fidan Alivanın işləmək istədiyi artist var?
Təəssüf, ki yoxdur. 4 il əvvəl qərar vermişəm, ki ümumiyyətlə heç bir yerli ifaçılarla işləmək istəmirəm və işləmirəm. Üstünlüyü,gördüyünüz kimi, daha global işlərə verirəm. Əsl artist hesab elədiklərim insanlarla isə artıq işləmişəm illər öncə. Bizim şou biznesə özümü aid biri bilmirəm və heç vaxt da aid etmək istəmirəm. Mənim öz istiqamətim var.
Fidan Aliva üçün uğur nə deməkdir?
Əsl uğur, gördüyüm işin Hollywood səviyyəsində dəyərləndirilməsi və adımın bu cür global səhnələrdə yazılmasıdır. Öz istedadım və bacarığım ilə oralara qədər tək gedib çıxmasından önəmli nə ola bilər ki bir bəstəkar və produser üçün? Heçnə.
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.