Skip to content

Dynamix Magazine

Payızın aurası ilə caz musiqisi yenidən bir araya gəlir

Baku Jazz Festival 2026 3–11 oktyabr tarixlərində musiqisevərləri bir araya gətirməyi hədəfləyir. Sayca 21-ci dəfə keçiriləcək festival Azərbaycan cazının tanınmış simalarını dünyanın müxtəlif ölkələrindən gələn
musiqiçilərlə eyni səhnədə birləşdirəcək.

Bir həftədən artıq davam edəcək festival sadəcə konsert proqramı ilə məhdudlaşmayacaq.

12-dən çox ölkədən musiqiçilərin iştirak edəcəyi festival çərçivəsində film nümayişləri, master-klasslar, müzakirələr, sənətçilərlə görüşlər və jam session-lar da keçiriləcək.

Festival caz dinləyicilərinə, həm də bu musiqi janrını kəşf etmək
istəyənlər üçün fərqli təcrübə yaşadacaq.

Builki proqramda Azərbaycanla yanaşı, Fransa, Rumıniya, İtaliya, Polşa, Belçika və digər ölkələrdən musiqiçilər iştirak edəcək. Rain Sultanov, İsfar Sarabski, Luca Ciarla, Wojtek Pilichowski və Lady Linn festival proqramında çıxış edəcək sənətçilər arasındadır.

Festivalın diqqətçəkən tərəflərindən biri isə konsertlərin müxtəlif məkanlarda keçirilməsidir. Əsas proqram Elektra Events Hall-da baş tutacaq, 10 və 11 oktyabr tarixlərində isə cazın səsi İçərişəhərin tarixi atmosferinə daşınacaq.

Kopirayter: Leyla Həsənli


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.