Skip to content

Dynamix

“Eurovision Song Contest Asia” rəsmi olaraq təsdiqləndi

“Avroviziya” tarixində ilk dəfə Avropadan kənara çıxaraq yeni bir mərhələyə qədəm qoyur. “AYB” Avropa Yayım Birliyi və tərəfdaşları 2026-cı ildə keçiriləcək ilk “Eurovision Song Contest Asia” müsabiqəsini rəsmi olaraq elan edib. İlk buraxılışın ev sahibi kimi Bangkok seçilib və müsabiqənin böyük finalı 14 noyabr 2026-cı il tarixində baş tutacaq.

Yeni layihə Avroviziyanın 70 illik tarixində ilk çoxölkəli genişlənmə kimi qiymətləndirilir və Asiya regionunda 600 milyondan çox tamaşaçıya çatacağı gözlənilir. Müsabiqə “United by Music” fəlsəfəsini qoruyaraq müxtəlif mədəniyyətləri və musiqi üslublarını bir səhnədə bir araya gətirməyi hədəfləyir.

Artıq 10 ölkənin iştirak edəcəyi təsdiqlənib. Bunlar Cənubi Koreya, Tailand, Filippin, Vyetnam, Malayziya, Kamboca, Laos, Banqladeş, Nepal və Butandır. Yaxın aylarda iştirakçı ölkələrin sayının daha da artacağı gözlənilir.

Müsabiqədə iştirak edəcək ölkələr öz nümayəndələrini milli seçim turları vasitəsilə müəyyən edəcəklər. Layihənin məqsədi Asiyanın zəngin musiqi müxtəlifliyini nümayiş etdirmək və region ölkələri arasında mədəni əməkdaşlığı gücləndirməkdir.

Ev sahibi şəhər kimi seçilən Bangkok müxtəlif mədəniyyətlərin qovuşduğu, böyük beynəlxalq tədbirlərin keçirilməsi üçün uyğun infrastruktura malik şəhər kimi dəyərləndirilir. Müsabiqənin keçirilməsi Tailandın turizm sektoruna, yaradıcı sənayelərinə və beynəlxalq tanıtımına da müsbət təsir göstərəcəyi gözlənilir.