Skip to content

Dynamix

Son estrada yenilikləri

Bu həftə Azərbaycan estradasında fərqli istiqamətlərdən gələn layihələr diqqət çəkir köhnə hitlərə yeni baxış, müasir səslənmə və sosial mediada sürətlə yayılan işlər.

Mehin Hümbətova bu dəfə Faiq Ağayev repertuarına müraciət edib. Akustik formatda təqdim olunan layihədə o, zamanında böyük populyarlıq qazanmış bir mahnını yenidən səsləndirir. Bu cür yanaşmalar adətən risklidir — çünki dinləyicinin yaddaşında artıq oturuşmuş bir ifa var. Amma burada məsələ təkcə ifa deyil, həm də hörmət və yanaşmadır. Mehinin seçimi daha çox nostalji ilə yeni interpretasiya arasında bir balans qurmağa çalışır.

Tofiq Hacıyev isə tam fərqli istiqamət götürüb. Onun yeni işi daha çox müasir pop və elektron elementlərin sintezidir. Səslənmədə synth-pop təsiri açıq hiss olunur və bu da mahnıya bir qədər soyuq, eyni zamanda emosional fon verir. Belə işlərdə əsas məsələ atmosfer qurmaqdır — burada da diqqət daha çox hissin içində qalmağa yönəlib, nəinki sadəcə melodiyanı yadda saxlamağa. Xatırladaq ki: mahnının söz və musiqisi Amir Paşayevə məxsusdur.

Və Miri Yusif… bu dəfə iş təkcə musiqi ilə bitmir. Layihə sosial mediada çox sürətli reaksiya aldı və artıq trendə çevrilib. Belə hallarda maraqlı olan odur ki, mahnının hansı hissəsi insanlara “tutulur” və paylaşım motivasiyası yaradır. Burada həm emosional tərəf, həm də vizual yanaşma rol oynayır. Layihənin fərqli tərəfi isə real hisslərə toxunması və bunu müasir təqdimatla birləşdirməsidir.

AzRepin axtarılan simalarından Xpert və Kray Heaven əməkdaşlığı ilə bizə “Həng” trekini bəxş etdi. Xatırladaq ki “Həng” Xpertin “Qafiyəni Saxladılar” albomunun ilk trekidir. Trek video klipi ilə birlikdə bütün sosial platformalarında əl çatandır.


Alizade  “İmmigrant” mahnısının klipini yayımladı. Mahnı 3 dildə ingiliscə türkçə və ruscadır.  Mahnıda özünü immigrant adlandıran müğənni yaşadığı problemi yaratdığı sənət ilə dinləyicilərinə ötürür.