Rubrikamızın bu həftəyə olan tövsiyəsi daha ilk dəqiqələrdə səni öz havasına salacaq olan “The Devil Wears Prada” filmidir. Bir tərəfdə parıltılı moda aləmi, digər tərəfdə isə sadə, öz yolunu axtaran bir qız Andrea Sachs.

Andy jurnalist olmaq istəyir, amma düşdüyü xəyalında olan yer, “Runway” jurnalı, tamam başqa dünyadır. Onun rəhbəri Miranda Priestly sakit səsi, baxışları və tək bir “That’s all” cümləsiylə hər kəsi titrədən qadındır.

Filmin gedişində Andy sadə zərif qorxaq bir qız obrazından çıxıb tamamilə özünə inamlı öz ayaqları üstə dura bilən və qərarlarından qorxmayan bir qadına çevrilir. Amma bu böyük şəxsiyyət dəyişimi ondan dostlarını, sevgisini, bir az da özünü alır. O artıq əvvəlki qız deyil. Və bu yolda böyük bir bədəl ödəyib.

Miranda obrazı əslində real bir şəxsə — Vogue jurnalının məşhur redaktoru Anna Wintour-a göndərmədir. Filmin əsası olan kitab “The Devil Wears Prada” — yazıçı Lauren Weisberger tərəfindən qələmə alınıb.

O, bir vaxtlar Anna Wintour-un şəxsi assistenti kimi işləyib. Yəni roman və film, əslində onun real təcrübələrinə əsaslanır.Amma film təkcə moda haqqında deyil. Bu, özünü itirmədən, uğura çatmağın nə qədər çətin olduğunu göstərən bir hekayədir.
Filmin unudulmaz sitatları:
“That’s all.” – Miranda That’s All dedisə artıq söhbət bitdi, başqa sözə ehtiyac yoxdur.
“You sold your soul to the devil when you put on your first pair of Jimmy Choos.” – Jimmy Choo ayaqqabısını ilk geyindiyin an ruhunu şeytana satdın.” Nigel bunu Andyə dediyi an, Onun artıq Mirandanın standartlarına uyğun olduğunu vurğulayırdı.
“Everyone wants to be us.” – Miranda bunu Andiyə Paris səfəri zamanı deyir. Andy artıq görməyə başlayır ki, Miranda-nın həyatı parlaq görünür, bahalı geyimlər, səlahiyyət, hər kəsin hörməti… amma bu parıltının arxasında çoxlu təkiklik, təzyiq və məsuliyyət var.
“Hamı bizim yerimizdə olmaq istəyir, amma heç kim bizim çəkdiyimiz yükü görmür.”