Skip to content

Dynamix Magazine

Oktyabr ayının ən diqqət çəkən hadisələri

Hər ay olduğu kimi oktyabr ayında da moda, musiqi, kino, serial və vizual yaradıcıllıq sahələrində yeniliklər, səs gətirən hadisələr baş verib. Dynamix Magazine olaraq oktyabr ayının ən önə çıxan xəbərlərini paylaşırıq.

1.Olivia Rodrigo yenidən Billboard TOP 200-də

Amerikan pop musiqisinin ən sevilən simalarından olan Olivia Rodrigonun son albomu “you seem pretty sad for a girl so in love” yenidən üçüncü dəfə Billboard 200-ə daxil olmağı bacarıb. Onu da qeyd edək ki, ifaçının bu siyahıya üçüncü dəfə daxil olması ardıcıl həftələr baş verməyib. Buna səbəb isə onun həmkarı Champell Roan ilə “Expectations” mahnısının yeni versiyasının buraxılışı olub. Həmçinin, ifaçının bu albomdan olan bütün mahnıları Spotify platformunda yüz milyondan artıq dinlənib.

2.Hudson Williams film ssenarisi üzərində işləyir

“Heated Rivalry” serialı ilə bir çox insanın həyatına daxil olmuş Hudson Williams son verdiyi açıqlamalarda qeyd edib ki, o yeni bir film üzərində işləyir. “I’m writing a movie right now, but one character is an ex-hockey player,” (Mən hal-hazırda bir film yazıram, lakin obrazlardan biri köhnə xokkey oyunçusudur) deyə qeyd edib. Həm də onun “Heated Rivalry” serialının ikinci sezon çəkilişlərindən sızdırılan görüntülər X kimi bir çox sosial media platformunda gündəmə gəlib.

3.Bir sənədli film necə bu qədər səs gətirə bilib?

Heç şübhəsiz 2026-cı il film sənayesi üçün uğurlu bir il olub. “You can see everything” sənədli filmi də bu uğurlu filmlərdən biri olmağı bacarıb. Çıxdığı ilk gündən o Letterboxd kimi platformlarda ən yüksək reytinq yığan filmlərdən biri olub. Filmin ehtiva etdiyi mövzu isə amerikanın ən böyük tibbi dələduzluqlarından birini reallaşdıran qadın haqqındadır. Film ilk olaraq ABŞ və Kanadada, bundan sonra isə Türkiyədə öz rəsmi nümayişini kinoteatrlarda təqdim edib.

4.Patrick Stewarta əlvida

Bir çoxlarının sevimlisi britaniyalı aktyor Patrick Stewart, 28 oktyabr Los-Angelesdə vəfat edib. Marvel Studiosun ən sevilən film silsilələrindən olan “X-Men”də Professor X obrazına həyat verən aktyor “Logan”, “Doctor Strange: Multiverse of Madness”, “Dune 1984”, “Christmas Eve” kimi bir çox filmdə yer alıb. Dekabrda kinoteatrlarda nümayiş olunacaq “Avengers: Doomsday” filmi onun son işi olaraq qeyd ediləcək.

5.Manifestin ilk qlobal konsert təcrübəsi

Türkiyənin ən sevilən musiqi qruplarından olan Manifest ilk dəfə Türkiyə xaricində canlı konsert təşkil edib. Bundan əvvəl yayda Dua Lipanın təşkil etdiyi festivalda yer alsalar da, bu onların ilk şəxsi konserti olub ölkələri xaricində. Həmçinin onlar aylar öncə sızdırılmış “Tralala” mahnısını tam ingilis dilində dinləyiciləri ilə paylaşıb.

6. Lisanın son albomu niyə istənən nəticəni verə bilməyib?

K-POP-un ən bilinən qız qruplarından olan Blackpink-in üzvü Lisa bir müddətdir ki, solo karyerasında yeni işlərə imza atır. Ayın 23-ü çıxan qısa “PRESS PLAY” albomu da buna daxildir. Ancaq yeni albom gözlənən hədəfə çata bilməyib. Billboardlarda albom çıxdığı günün sabahı 102 pillə geriləyib. Bu albomda yer alan mahnılardan biri Hollywoodun bilinən rejissorlarından Tarantinoya həsr edilib. İllərdir ictimai və siyasi fikirlərinə görə qınaq obyektinə çevrilən Tarantinonun seçilməsi də bəzilərinin Lisanı boykot etməsi üçün səbəb olub.

7.MCU-dakı “qırmızı robot”umuz yenidən bizlərlə

Marvel Studiosun Disney+ platformu üçün çıxarmış olduğu “VisionQuest” serialı 14 oktyabr tarixində ilk iki bölümü ilə birgə yayımlanmağa başladı. İlk dəfə “Avengers: Age of Ultron” filmində tamaşaçıların qarşısına çıxan Vision obrazının hekayəsi bu serialda davam etdirilir. Trilogiyanın son serialı olan “VisionQuest” özündən əvvəlki “Wandavision” və “Agatha All Along” ilə sıx əlaqəlidir. Elə bu serialdan sonra da hekayəmizin dekabr ayında nümayiş etdiriləcək yeni Avengers filminə bağlanması gözlənilir.

8. Clayface filmi nümayiş etdirilib

Halloween ərəfəsində nümayişi başlayan “Clayface” filmi 2026-ın ən çox gözlənən filmlərindən biri idi. DC Studios-un “Gods and Monsters” silsiləsinin bir hissəsi olan və ssenarisi Mike Flanaganın əlindən çıxan “body horror” janrlı bu film oktyabrın 23-də kinoteatrlarda nümayiş edilərək Letterboxd kimi film platformlarında qorxu filmləri ilə bağlı siyahılarda öz yerini alıb.

9. Kylie Jennerin 50 milyonluq debütü baş tutub

İlin ən gözlənilən tədbirlərindən biri də Victoria’s Secret Fashion Show idi. 18 oktyabr Los-Ancelesdə baş tutan bu tədbirdə model və sahibkar Kylie Jenner podiumda sürpriz bir şəkildə debüt edib. O, Jacob & Co. tərəfindən 4410 təbii almaz və 75 karatlıq nadir sarı brilyantla 1000 saat ərzində hazırlanan, tarixin ən baha layihələrindən sayılan 50 milyon dollarlıq “Fantasy Bra” büstqalterini nümayiş etdirib. Gecənin ardından sosial mediada insanlar onun bu büstqalteri daşımağa layiq olub-olmaması haqda müzakirələr aparıb.

10. Billie Eilish niyə tənqidlərə məruz qalıb?

Billie Eilish məşhur olmağa başladığı ilk andan etibarən sosial mediada çəkisi ilə bağlı bir çox tənqidlər ilə qarşı-qarşıya gəlib. Onun xarici görünüşündə ən çox tənqid edilən isə onun “standardlara uyğun olmayan” bədən ölçüsü idi. Son zamanlarda paylaşdığı şəkillərdə isə onun arıqladığı və əməliyyat keçirdiyi gözə çarpır. İndi isə insanlar onu dəyişdiyi üçün tənqid edir. Ancaq Billienin seçimi olan prosedurlar rahatlığı, hərəkət qabiliyyətini və həyat keyfiyyətini yaxşılaşdıran cərrahi əməliyyatlar olduğu düşünülür.

Bad Bunnydən sonra bu dəfə Super Bowl səhnəsində Jay-Z olacaq

P-Diddy hadisələri və Grammy jüriləri ilə olan yaxın əlaqələrini işlədib yoldaşı Beyoncé-ni ən çox “Grammy” alan şəxs edən amerikalı reper Jay-Z, 2027-ci il 14 fevral baş tutacaq Super Bowl-da səhnəyə çıxacaq. O, Kaliforniyada yerləşən SoFi Stadionda “The Apple Music Super Bowl LXI Halftime Show”da yer alacaq. Şounun ABC, ESPN, Disney+ kimi kanallarda və platformalarda canlı yayımlanması gözlənir.


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.