Halloween deyəndə ilk ağlımıza balqabaqlar, sehrbaz papaqları və bir az da sirli atmosfer gəlir. Swarovski isə bu dəfə həmin detalları öz kristallı dünyasına daşıyır. Brendin 2026-cı il Halloween kolleksiyasında həm bayramın ruhunu əks etdirən dekorativ fiqurlar, həm də gündəlik istifadə üçün nəzərdə tutulan aksesuarlar var. Məhz kristallarla işlənmiş bu xüsusi fiqurlar kolleksiyanın ən maraqlı nümunələrindən biridir.
Məsələn, “Kris Bear Halloween” fiqurunu götürək. Swarovski-nin məşhur ayı obrazı bu günə özəl bənövşəyi sehrbaz papağı və balqabaq detalı ilə dizayn edilmişdir. Kolleksiyada yer alan digər fiqur isə “Idyllia Mouse and Pumpkin”dir. Balqabağın yanında təsvir olunan kiçik siçan obrazı narıncı, yaşıl və gümüşü çalarları ilə seçilir. Kristallarla işlənmiş detallar fiqura xüsusi görünüş verir, balqabaq isə dizayna halloween ab-havası qatır.
Seçim bununla da bitmir. Kolleksiyada boyunbağılar, üzüklər, bilərziklər, gün eynəkləri və çantalar da var. Beləliklə, yalnız ev üçün dekorativ fiqur axtaranlar deyil, aksesuarlarına fərqli detal əlavə etmək istəyənlər də öz zövqlərinə uyğun seçim tapmaları mümkündür.
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.
