Ötən ay yay fəsli rəsmi olaraq bitdiyi üçün Zara Larssonun bir ildir bitmək bilməyən yay sərgüzəştlərinin də sona çatdığını düşünürdük. Qlobal pop ikonuna çevrilən sənətçi oktyabrın 15-də “Midnight Sun” albomundan “Blue Moon” mahnısının ekran işini təqdim edib və hələ də əvvəlki qədər danışılmağa davam edir. Görünür Zaranın 2000-ci illərin estetik ab-havasını geri qaytaran albomunun hype-ı hələ bir müddət də davam edəcək. Milyonlarla gənc pərəstişkarı üçün bu unudulmaz xəbər idi.
Bəs niyə bu qədər gec? Zara, albomun kifayət qədər qiymətləndirilməyən mahnısına heç kimin klip istəmədiyini qeyd edib. Amma bu onun çoxdanki istəyi imiş və mahnıya layiq olduğu yüksək striminq nəicələrini əldə etməsi üçün ikinci şans verilməli idi. Klipin rejissoru “Midnight Sun”, “Statesade”, “Pretty Ugly” mahnılarının ekran işinin müəllifi Charlotte Rutherford-dur.
Ekran işində Beyoncé-nin 2000-ci illərdə məşhur su reklamına bənzər kadr isə sosial şəbəkələrdə ən çox danışılanlardandır. Sənətçi “Blue Moon” trekini albomun əsas trekinin (Midnight Sun) bacısı adlandırıb. Artıq bir neçə milyon baxış toplayan klip barədə danışmaqdansa, izləməyi, əgər izləmisinizsə, yenidən bu nostalji aurayanı yaşamağı tövsiyə edirik.
“Midnight Sun” Zara Larsson-a çox şey qazandırıb. Sənətçi ötən il ilk dəfə Qremmi namizədi olub, qazana bilməsə də, özünün də dediyi kimi bu bir başlanğıcdır. Albomun ardınca eyniadlı dünya turu ilə Avropadan başlayan konsertlər Amerikada davam edib. Elə həmin konsertlərdə “Lush Life” mahnısı yenidən gündəm olmuşdu. Bütün dünyada sosial şəbəkələrin rəqs trendinə çevrilən “Lush Life” 10 il əvvəl yayımlanıb.
İlin ən uğurlu duetlərindən sayılan “Stateside” isə uğurun üzərinə uğur gətirən əməkdaşlıq idi. Ardınca Tyla-nın “She Did It Again” trekində duet ortağı olmuş, may ayında isə remiks albomu “Girls Trip” yayımlanmışdı. İki yay arasındakı bu müddətdə gündəmdə qalmaq üçün unikal layihələr əhəmiyyətli idi. Görəsən, Zara Larsson-un “Midnight Sun”ı artıq sona çatacaq, yoxsa hələ yeni layihələr bizi gözləyir mi?
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.
