Skip to content

Dynamix

Yazın ritmi “Izfest” izləri ilə başlayır

IZ Fest bu il Bakıda yay festival atmosferini yenidən canlandıran ən maraqlı musiqi tədbirlərindən birini təşkil edəcək. Şəhərdən bir az uzaqda, daha sakit və təbiətə yaxın bir məkan olan Dreamland Golf Academy ərazisində keçiriləcək bu festival, musiqi və açıq hava enerjisini bir araya gətirir. Tədbir 10 may tarixində baş tutacaq və axşam saat 18:00-dan etibarən qapılarını qonaqlara açacaq.

Festival səhnəsində çıxış edənlər arasında yerli səhnədə tanınan Isfar Sarabski, Dihaj, Vusall Insun B2B Ronfoller və Ellgin kimi sənətçilər gecəyə xüsusi vibe qatacaq.

IZ Fest-in fərqli tərəflərindən biri keçiriləcəyi məkandır. Dreamland son illərdə açıq hava
tədbirləri üçün seçilən yerlərdən biri kimi daha rahat və sərbəst atmosfer yaradır. Bu da qonaqlara xarici festivalların ab-havasını yaşamağa imkan verir. Siz də unikal festivala qoşularaq canlı atmosferin bir hissəsi ola bilərsiniz.

Festivalda iştirak üçün biletləri buradan əldə edə bilərsiniz.

Həmçinin bizi Instagram da izləyib festival üçün 2 bilet qazana bilərsiniz.