Netflixin ən çox izlənən orjinal seriallarından biri olan “Stranger Things” bu il 1 yanvarda çıxan final bölümü ilə bağlı yeni xəbərlər var. “Other Worlds: A Stranger Things Adventure” adı ilə yayımlanan yeni proyektin rejissorları Matt Duffer və Ross Duffer qardaşlardır. Və bu layihənin xəbəri tam 6 noyabr (“Stranger Things” günü) ictimaiyyətlə bölüşülüb. Serialın ilk sezonunun ilk bölümü 2028-ci ilində çıxacaq. Aktyor heyətində isə Amir Talai, Sarah Niles və Deanne Bray yer alır.
Yeni serialın hekayəsi 19 aprel 1955-ci ildə baş verənləri əhatə edir. Yəni “Stranger Things” və “Stranger Things: The First Shadow” tamaşasının hadisələrindən əvvəli nəql edəcək. Bu dəfə biz Hawkinsdə yox, ABŞ-ın Nevada ştatının Marion adlı uydurma şəhərində baş verir. Çəkilişlərin isə Nyu-Meksikoda aparıla biləcəyi müzakirə edilir.
Paylaşılan anons və açıqlamalara görə, hekayə Henri Krilin güclərini qazanmasından əvvəlki hadisələri və 1950-ci illərin fövqəl-təbii mövzularını ələ alacaq. Görülən odur ki, yeni sirli günlər bizi gözləyir.
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.
