Skip to content

Dynamix Magazine

Sentyabr ayı hansı qlobal hadisələrlə yadda qalıb?

Sentyabr ayı necə hadisələrlə yadda qaldı? Dynamix Magazine olaraq yenə sizlərlə qaçırmış ola biləcəyiniz xəbərləri bölüşürük. Hər ay olduğu kimi də bu ay da kino, musiqi və dəb dünyasında bir-birindən maraqlı hadisələr baş verib.

1.Nyu York Moda Həftəsində Yaz/Yay 2027 kolleksiyası təqdim edilib.

Michael Kors Collection, Coach, Tory Burch, Carolina Herrera və Calvin Klein kimi böyük brendlərin təqribən yetmiş şou və təqdimatla sentyabrın 10-dan 15-ə qədər kolleksiyaları təqdim edilib. Bu tədbirin ən önəmli tərəflərindən biri də CFDA tərəfdaşlığı ilə Rockefeller Center-də yer alan nəhəng ekranda xalqa pulsuz halda canlı paylaşılmasıdır. Bu da bizə artıq dəbin qapalı qapılar arxasında deyil, hər kəsə açıq paylaşılmasının və dəbin hər kəs tərəfindən əlçatan olmağa başlaması trendinin artıq başladığını göstərir.

2.VMAs-də ekranlara daşınan gizli rəqabət!

Uzun müddətdir ki, amerikan pop musiqisinin mərkəzində yer alan Taylor Swift ilə “Brat Summer”in banisi CharliXCX arasında soyuq münasibət mövcuddur. Aralarındakı qalma-qal onların mahnı sözlərinə daşınmış və fanatlar arasında da bölünmələrə səbəb olub. İndi isə Taylor Swift səhnədə mükafatını alarkən, CharliXCX emosiyasız halda onu izləyib. Qısa müddətdə internetin yeni mem materialına çevrilib.

3.VMAs 2026 rekordçusu Madonna, PinkPantheress tərəfindən sevilmir?

Əgər müasir amerikan qadın popundan danışırıqsa, Madonnanın müstəsna rolu danılmazdır. 26 il sonra VMAs-a qayıdan Madonna mükafatlarını alanda PinkPantheress də eynilə Charli XCX kimi Madonnanı izləyib. Taylor Swift və Madonnanın birgə şəklindən sonra, Charli XCX və PinkPantheress də birlikdə şəkil çəkdirərək internetdə böyük rəğbət görüb.

4.Sevilən filmlər yenidən kinoteatrlarda!

Letterboxd başda olmaqla bütün film platformlarında yüksək reytinqlərlə qiymətləndirilən “Twilight” və “Avengers: Endgame” yenidən kinoteatrlara qayıdaraq sevənlərinə qovuşur. “Avengers: Endgame”in bəyaz ekranlara qayıtma səbəbi isə film silsiləsinin dekabrda çıxacaq yeni filmidir.

5.Katy Perry Bakıda ilk konsertini verib.

Milyonların sevimlisi və 2000-lərin ən bilinən musiqiçilərindən Katy Perry Bakı Kristal Zalında F1-in 10-cu ilinə özəl konsert proqramında çıxış edib. Ən sevilən mahnılarını fanları ilə bölüşüb və unudulmaz bir gecə yaşadıb.

6.Yeni türk rock-band PERMA debüt edib.

CRUSH kimi “Idol House” iştirakçılarından ibarət yeni PERMA qrupu “Bulamazsın” mahnıları ilə debüt edib. Türkiyənin yeni rock-band qrupu qısa zamanda bir milyon dinlənməyə çatıb və billboardlara daxil olmağı bacarıb. Bu qrupla bağlı ən maraqlı fakt budur ki, qrup “Idol House”un fanatları tərəfindən sosial mediada yaratdıqları heşteqlər sayəsində yaranıb. #permadebut

7.Robert Wun Qış/Payız kolleksiyasınl təqdim edib.

Robert Wun-un ən son çıxan Payız/Qış 2026–2027 Haute Couture kolleksiyası “Childsplay” adlanır. Paris Yüksək Moda Həftəsində təqdim olunan bu kolleksiya, nağılları, surrealizmi, uşaqlıq xatirələrini yüksək sənətkarlıqla birləşdirib. Kolleksiyada Qrimm qardaşları, Şarl Perro və Hayao Miyazakinin əsərlərindən, Disney qəhrəmanlarından ilhamlanılıb.

8.Serialların Oscar-ı sayılan Emmy mükafatları açıqlanıb.

Sentyabrın 14-ü baş tutan 78-ci Primetime Emmy Awards açıqlanıb. Gecənin ən yaddaqalan hadisəsi Matthew Rhys-in tarixdə bir gecədə iki baş rol mükafat alan ilk aktyor oldu.

9.Kanadada Azərbaycan dalğası!

Kanadanın Pikerinq şəhərində keçirilən qlobal “Cultural Fusion” festivalında Azərbaycan icması da iştirak edib. Həmin vaxt Polad Bülbüloğlunun “Şən Azərbaycan” mahnısı ilə milli geyimlərimizin moda nümayişini keçirilib. Həmçinin, milli rəqslərimiz də nümayiş etdirilib. Bu milli kimliyimizin və mədəniyyətimizin dünyaya tanıdılması üçün bir fürsətdir.

10.”The Life of a Showgirl: The Encore” yayımlanıb.

Taylor Swiftin 12-ci və son albomu “The Life of a Showgirl”un genişləndirilmiş halı paylaşılıb. İsveçdə Max Martin və Shellback ilə yazılmış olan “Patient Zero”, “Cleveland!”, “Pink Clouding” və “Babylon” kimi 4 yeni trek əlavə olunub. Bu mahnılar əsas olaraq nostaljinin dərindən hiss edilməsi, münasibətdəki xoşbəxtlik, ictimaiyyətin diqqət mərkəzində olmaq haqqında idi.

Əsas olaraq sentyabrın ən diqqətçəkən xəbərləri bunlar idi. Gələn ayın “recap”ında görüşənədək!


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.