Skip to content

Dynamix Magazine

Qala divarları arasında sürət yüksəlir!

Əziz Dynamix oxuyucuları və F1 fanatları, Bakı şəhərinin gözalıcı küçələri F1-ə ilk dəfə ev sahibliyi etməsindən düz 10 il ötür. Uzunluğu 6.003 km, 12-i sola, 8-I sağa ümumilikdə 20 döngəsi olan  və F1 sürücüləri üçün ən çətin və sürətli traslarından sayılan Baku City Circuit (BCC) yenidən bu ilin 24-26 sentyabrında ev sahibliyi edəcək və bütün fanatları tayı bərabəri olmayan bir təcrübə yaşadacaq. Bu bənzərsiz idman növü ilə daha yaxından tanış olmaq üçün aşağıdakı məlumatlara nəzər sala bilərsiniz.
Əziz F1 fanatları, sükana yaxın əyləşin, çünki qırmızı işıqlar sönür və F101 başlayır!

3…2….1!🏎

Ferrarinin 76 illik mirası
Formula 1-in ilk rəsmi yarışı 13 may 1950-ci ildə Silverstone-da (İngiltərədə) keçirilib. İlk mövsümdə tam 11 komanda mübarizə aparıb və tarixə düşən ilk dünya çempionu 44 yaşlı İtalyalı sürücü Giuseppe Farina olub. Həmçinin o tarixdən bəri hər yarış iştirak edən tək komanda elə məhz qırmızı əfsanə Ferraridən başqası deyil 🏎

Qala divarları arasındakı sürət
2016-cı ildən bəri F1 təqviminə daxil olan BCC F1-də olan ən uzun düzlüklərdən birinə sahibdir. Beləki pilotlar 360 km/saatdan artıq sürətə çataraq izləyiciləri nəfəs kəsən təcrübənin bir parçası edirlər! Bu da Bakı Gran Prisini sürücülər üçün ən maraq doğuranlardan biri etməyə kifayət edir. Onu da qeyd edim ki, gələcək vəd edən sürücülər siyahısına liderlik edən pilotlardan biri olan Oscar Piastri üçün ən unudulmaz xatirə elə 2024 Bakı Gran Prisinə aiddir.

F1-in Michael Jacksonu
18 yaşında adını qızıl hərflərlə F1 tarixinə yazdırmış Max Verstappen ən gənc yarış qalibi olmaqla bərabər, iştirak etdiyi 239 Qarn-Prisdən 71-də qələbə qazanaraq F1-də sarsılması müşkül bir yer əldə etmiş oldu. Keçmiş F1 sürücüsü olan atasının sərt qaydaları altında böyümüş olan Max Verstappen atasının fikrinə görə məhz onun sayəsində indiki halına gələ bilib. Bu ifadə popun kralı Michael Jacksonun atasının dilə gətirdiyi ifadə ilə olduqca bənzərlik təşkil edir. MJ popda adından bəhs etdirərkən, Max Verstappen isə bunu F1-də edir.


Avstraliyalı ən sempatik F1 sürücü
Sözsüz ki, F1-in ən problematiklikdən uzaq və bacarıq cəhətdən ən üstün sürücülərindən olan Oscar Piastrinin ən sevdiyi şirni avstraliyalı brend olan “Tim Tam”-dır. Melbourne kimi kofe mədəniyyəti güclü şəhərdən çıxan biri olan Oscar Piastrinin nə qəhvə, nə də çay içməməsi bir az ironikdir. Qeyd edək ki, onun ən sevdiyi F1 xatirəsi də məhz Bakıda 2024-cü ildə olan yarışda olub.

Depressiya gətirən çempionluq
2025-ci ilin dünya çempionu Lando Norris tarixin ən yaxşı F1 pilotlarından biri sayılan Max Verstappeni sadəcə 2 xal fərqlə keçməyi bacardı. Bu qalibiyyət 2008-dən bu yana ilk McLaren sürücülər çempionluğu idi. Bəzi qaynaqlara, əsasən, Lando Norris bu qələbə və çempionluqdan sonra daxili böhran yaşamış və depressiyaya düşüb. Bu səbəbdən 2026 mövsümündə performansının düşdüyü ehtimal olunur.

Tarix yazan İtaliyan
Müzakirələrin qucağına atılmış və Lewis Hamiltonun Mercedesdəki yerini dolduran 20 yaşlı Kimi Anotelli debütünün 2-ci ilindən tarix yazmağa başladı. İtalyalı gənc pilot ən gənc fastest lap müəllifi olaraq adını Max Verstappendən qabağa yazdırdı. Şərhçilərə görə tarixin ən bacarıqlı sürücüləri sırasına adını yazdıraraq şöhrətinə şöhrət qatacaq.

Qala divarları ilə səmimiyyəti ilə seçilən Monaco Prince-i
Charles Leclerc Bakıda inanılmaz bir “pole, amma qələbə yox” statistikasına sahibdir. 2021-dən 2024-ə qədər ardıcıl 4 il Baku City Circuit-də pole position qazandı, amma bu pole-ların heç birini qələbəyə çevirə bilmədi. 2024-də isə pole-dan başlayıb Oscar Piastri-yə uduzaraq 2-ci oldu. Buna görə də o F1 mem tarixinin sevilən simalarından biri oldu.

BONUS: Monaco Prince-in romantic həyatı
Charles Leclerc evlilik təklifinə onların dachshund iti Leonu da daxil etmişdi. Təklif zamanı Leoya “Papa wants to marry you” yazılmış xüsusi boyunluq taxılmışdı. Bu, F1 fanları arasında ən sevilən romantik anlardan birinə çevrilmişdi və qeyd edək ki, hazırda Charlesin yoldaşı Alexandra Saint Mleux hamilədir.

Hərarətli sürət
Formula 1 təkərləri yarış zamanı o qədər qızır ki, onların temperaturu 100°C-dən çox ola bilər.
Bu səbəbdən pit-stopdan çıxan sürücülər ilk döngələrdə çox diqqətli olur, çünki təkərlər hələ soyuq deyil, amma stabil də deyil.