Skip to content

Dynamix

“Best of Aygün 40” albomu yayımlandı

Azərbaycan pop musiqisinin tarixində xüsusi yeri olan Aygün Kazımova 40 illik səhnə fəaliyyətini özünə yaraşan bir formada qeyd edir. Bugün təqdim olunan “Best of Aygün 40” albomu Azərbaycan estradası üçün adi tribute layihədən daha böyük məna daşıyır. Bəs necə?

Dörd onillik ərzində özünü daim yeniləməyi bacaran, risk edən və trendləri müəyyənləşdirən “Pop Diva” bu dəfə öz yaradıcılığını müxtəlif nəsillərin sənətçiləri ilə bir araya gətirdi. Layihədə yeni nəsil və məşhur 40 ifaçı Aygün Kazımovanın illər ərzində hitə çevrilmiş mahnılarını öz üslubunda yenidən səsləndirib.

Layihənin ən diqqətçəkən tərəflərindən biri isə Azərbaycanın Avroviziya ulduzlarınında burada yer almasıdır. Belə ki, layihədə Aysel Teymurzadə, Safura Əlizadə, Nigar Camal, Samirə Əfəndiyeva, Samra Rahimli və Nadir Rüstəmli kimi beynəlxalq səhnə təcrübəsinə və izləyicisinə malik sənətçilərdə iştirak edib.

“Best of Aygün 40” albomu eyni zamanda Aygün Kazımovanın musiqi irsinin zənginliyini də ortaya qoydu. Albomda romantik balladalardan enerjili pop hitlərinə, eksperimental layihələrdən estrada klassiklərinə qədər müxtəlif dövrlərin mahnıları yer aldı. Hər bir ifaçı bu mahnılara öz interpretasiyasını əlavə edərək, tanış melodiyalara yeni nəfəs verdi. Və bununla da Aygün Kazımova Azərbaycan estradasında ki, öz mövqeyini sənətini ilə sübut etdi.

Best of Aygün 40” Tribute Albomu — Tam siyahısı


EFENDI – Ey Mənim Dünyam
Aysel Teymurzadə – Mən Aydan Gəlmişəm
Eldar Qasımov – Kölgə Ol
Günel Zeynalova – Aşiqəm Sənə (Siqara)
İlqarə Kazımova – Novruz Gəlir (Vusall Insun Remix)
Nuran Əzizbəyli – Yar, Yar
Safura Əlizadə – Bu Sevgi
Nadir Qafarzadə – Bizim Qızlar
İradə İbrahimova – Hara Getsən, Apar Məni
Samir Bağırov – Mən Sevirəm Səhərə Qədər
Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, PRoMete – Tənha Qadın
“Dervish” Band – Yalandımı, Düzdümü?
Mardan Kazimov – Əllərini Uzat, Gülüm
Lalə Məmmədova – Al Canımı Gülə-Gülə
Çingiz Mustafayev – Namə Yaz Göndər
Çinarə Məlikzadə – Gecələr Keçir
Ceyhun Qala – Səni Tapdım
Adil Karaca – Səni Belə Sevmədilər
Mehin Hümbətova – Əcəb Yaraşırıq
Nigar Camal – Bir Parça Keks
Latifa Soyuöz – Я Девушка Восточная
Elçin Cəfərov – Lya Lya Fa
Samra Rahimli – Kişilər
Sevil Sevinc – Dəli Fikirlər
Nəsimi Məmmədov – Sənsizliyim
Farid Gasanov – Öpsən
Samira AliMaryam – Sevgi Nəğməsi
Nadir Rüstəmli – İndi Sənsiz
Sevda Yahyayeva – Dola Mənə Qolunu
Yaşar Yusub – Bir Gecəlik
Tunar Rəhman – Gəl, Dönək Evimizə
Aysel Əlizadə – Dildarım
Əhməd Mustafayev – Sevgilim
Nargis Majidli – Matros
İlkin Fuad – Sənsiz Bir Günüm Olmasın
Tomris – Olmuşam, Varam
Sabir Əhmədov – Şəklimi Çək
Niyam Salami – Səndən Adam Olmayacaq
Pərviz Mahmudov – Alışdırma
Leyla Rəhimova – Qızım

Albom bütün musiqi platformalarında əl çatandır.