Skip to content

Dynamix Magazine

Olivia Dean və Rosalía bu il Taylor Swift-in favoritləridir

Keçən günlərdə Golden Globe Awards-ın virtual mətbuat konfransı keçirildi. İndustriyanın görkəmli və müasirliyin ən populyar simalarından olan Taylor Swift bu konfransda iştirak edərək, musiqi, insan yaradıcılığı və texnologiya haqqında fikirləri ilə paylaşdı.

Taylor bu konfransda, ilk öncə, I Knew It, I Know You mahnısının təbligi üçün iştrak etmişdi. Mahnı Toy Story 5 filmi üçün yazılaraq, Taylor üçün ilk dəfə Oscar almaq imkanı yaradır. Onun komandasının Best Original Song nominasiyası üzərində çalışdığı industriyada çox müzakirə edilir.

Amma ondan əlavə, Taylor keçən ilin ən yaxşı albomları haqqında bəhs etdi. “Əgər musiqi baxımından geridə qalan ilə nəzər salsaq, çox sevdiyim və dönə-dönə dinlədiyim iki mükəmməl albom var: Olivia Dean və Rosalía-nın albomları”, – bildib ifaçı. O Rosalía-nın LUX albomunu “yalnız onun şəxsi həyat təcrübəsindən doğa biləcək konseptual, iddialı və geniş miqyaslı bir əsər” adlandırdı. Olivia Dean-in The Art of Loving albomunu tərifləyərək onu “isti bir qucaqlaşma” kimi təsvir edib, bu alboma “demək olar ki, daimə, istənilən vəziyyətdə” qulaq asdığını bildirdi.

“Bu albomlar möhtəşəmdir, çünki onlar insani duyğularla doludur, insanlar tərəfindən yaradılıb və insan təcrübəsindən bəhs edir. Bizim insan olaraq onlarla bağ qurmağımızın səbəbi də budur. İnsanlar belə qeyri-adi bir şey yaratdıqda, düşünürəm ki, bu, ilk növbədə, qalan insanlara ruh yüksəkliyi verməli və onları ilhamlandırmalıdır. Eyni zamanda, bu, bizə həqiqətən də hələ də qalib gəldiyimizi hiss etdirməlidir. İnsanlar hələ də bu işdə qalib gəlirlər”, – ifaçı bildirib.

Swift musiqi sənayesindəki 20 illik fəaliyyəti ərzində onun necə dəyişdiyi barədə düşüncələrini bölüşüb. O, mətbuat konfransı zamanı süni intellektdən birbaşa bəhs etməsə də, insan tərəfindən yaradılan musiqinin dəyəri ilə bağlı fikirləri təsadüfi səslənməyib. Belə ki, Swift daha əvvəl səsinin və xarici görünüşünün süni intellekt vasitəsilə potensial olaraq qanunsuz istifadəsindən qorunmaq üçün müəyyən addımlar atmışdı.

Aprel ayında Swift ABŞ Patent və Əmtəə Nişanları İdarəsinə səsinin və görüntüsünün süni intellekt vasitəsi ilə icazəsiz istifadəsinin qarşısını almaq məqsədi ilə üç əmtəə nişanı müraciəti təqdim edib. Bunlara səs ifadələri “Hey, it’s Taylor Swift” və “Hey, it’s Taylor“, eləcə də müğənninin səhnədə çəhrayı gitara ilə çəkilmiş fotosu daxildir. Oktyabr ayında isə onun komandasının oxşar müraciətləri Böyük Britaniya, Avropa İttifaqı və Avstraliyada da təqdim etdiyi bildirilib.

“Son zamanlar texnologiyalar və musiqinin yaradılması haqqında çox danışılır. Mən dünyada gördüklərimə əsaslanaraq optimist olmağa çalışıram”, – Taylor yekunlaşdırır.


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.