2, 3 və 4 oktyabr. Bu tarixləri yaddaşına yaz, çünki Bakıda uzun müddətdir gözlədiyin o festivalı nəhayət görəcəksən. Üç gün ərzində musiqi, qastronomiya və əyləncə bir məkanda birləşir və Avropanın məşhur Oktoberfest ab-havası ilk dəfə Azərbaycanda hiss ediləcək.
Beer & Food Festival hər günü fərqli konsepsiya ilə səni qarşılamağı özünə məqsəd qoyub. Üç gün davam edəcək festival müddətində, Röya, Eldar Qasımov, İrada, Camal Qasımov , Fallen Seraphim qrupu və Hiss səhnə alacaq
Böyük səhnədə DJ setləri, şoular və performanslar bir-birini əvəz edəcək.
Tanınmış şef-aşpazlar, food-bloggerlər və məşhur simalar da proqramın bir hissəsi olacaq bununla yanaşı interaktiv fəaliyyətlər, yarışlar və sürprizlər səni gözləyir.
Festival ərazisi isə bir şəhər kimi qurulub.
Food Court-da ölkənin tanınmış restoranları bir araya gəlir, hər biri öz xüsusi festival menyusunu təqdim edəcək.
Beer Zone-da müxtəlif pivə brendləri ilə tanış olacaqsan, Beer Game Zone isə komanda challenge-ləri və əyləncəli yarışlarla dolu olacaq.
Cocktail & Wine Garden özünəməxsus atmosferi ilə, Shisha Zone isə rahat istirahət məkanı kimi səni qarşılayacaq.
Bir az sakitlik istəyirsənsə, Chill Zone dostlarla vaxt keçirmək üçün ideal yerdir. Car Exhibition-da nadir avtomobil modellərini görmək imkanın olacaq, Kids Zone isə balaca qonaqlar üçün xüsusi hazırlanıb. Daha xüsusi təcrübə istəyənlər üçün isə VIP Lounge gözləyir.
Foto zonalar, interaktiv məkanlar və sürpriz aktivliklər ərazinin hər tərəfində səni qarşılayacaq.
Biletləri buradan əldə edə bilərsiniz.
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.
