Skip to content

Dynamix

Müsahibə: BFW-nin səfiri Nigar Kalbiyevanın moda dünyası

Bakının artıq küləklər şəhəri yox, stil və dəb şəhəri olduğunu bilirdiniz?

Bugünkü qonağımız isə Bakının “it girl”lərindən biridir.

Baku Fashion Week payız-qış kolleksiyasının səfiri Nigar Kalbiyeva ilə bu gün həmsöhbət olduq.

O, bizə uşaqlığından bu günə qədər moda ilə bağlı keçdiyi uzun yoldan danışdı.

Modayla tanışlığınız ilk hardan başlayır?

Modayla ilk tanışlığım anamın mənə aldığı jurnallarla başlayıb. Orada gəlinciklər üçün karton donlar var idi, onları kəsib bəzəməyi çox sevirdim, daha sonra, 7-8 yaşlarımda olarkən anamın jurnallardan istifadə edib don tikməsindən ilhamlanırdım və eskizlər çəkməyə başladım.


Ən sevdiyiniz top 3 yerli brend hansılardır?

Əslində bir çox markanı bəyənirəm, ona görə də dəqiq ad çəkə bilməyəcəm. Amma ən sevdiklərimi sıralasam: Uventa, Larc, La’le, Jacqet, Fidan Sadıq, olar.


Modadan əlavə olaraq musiqi ilə də məşğulsunuz, bəs Nigar Kalbiyevanın stili bir mahnı olsaydı, hansı olardı?

Yəqin ki, bu Lenny Kravitz-in The Chamber mahnısı olardı.


Bu ilin trendi və antitrendi nələrdir?

Bu ilin trendləri: Daha çox 80-lər, Glamorati, Kosmik tematikalar, Vampir üslubunda qlamur görünüş

Antitrendlər isə: Loqomaniya – yəni loqolarla dolu obrazlar, Minimalist trikotaj, Balletcore və əsl kürkdən istifadə olunması.


Sizcə insan öz stili ilə doğulur, yoxsa bu, sonradan formalaşan bir şeydir?

Məncə vaxt keçdikcə, insanın xasiyyəti formalaşdıqca insan öz stilini tapır.


Azərbaycanda moda sürətlə inkişaf edir, bəs hələ də nə çatışmır?

Fabriklər, satış nöqtələri, doğru xammal və düzgün biznes planı.


Baku Fashion Week ambassadoru olmaq necə bir hissdir?

Moda həftəsinin ambassadoru olmaq mənim üçün çox qürur vericidir.

Sizdən ilhamlanan qadınlara nə demək istəyərdiniz?

Heç nəyi sınamaqdan qorxmasınlar, komfort zonadan bir addım kənarda onları necə uğur gözlədiyinə inansınlar və irəli getsinlər!


Və son olaraq: Güc nədədir?

İnamda.