Skip to content

Dynamix

Yaşıl Teatr səhnəsində üç gün

“Səndən bir dənədir”, “Tərki Dünya”, “Ad günü” və “Sənə Qurban” kimi hitləri ilə xalqın sevimlisinə çevrilmiş sənətçi Miri Yusif paytaxtın ən sevilən açıq hava məkanlarından biri olan Yaşıl Teatr səhnəsində pərəstişkarları ilə görüşməyə hazırlaşır.

Sənətçinin açıqlamasına görə, solo konsertlər iyulun 3, 4 və 5-də baş tutacaq. Miri Yusif proqramı daha da genişləndirməyi planlaşdırır və layihəni 5 günlük musiqi şousu kimi təqdim etmək niyyətində olduğunu bildirib.

Biletlər yüksək tələbat ilə qarşılanıb və satışların sürətlə tamamlanması gözlənilir. Bu da sənətçiyə olan böyük marağın və dinləyici sevgisinin göstəricisi kimi dəyərləndirilir.

Açıq havada keçiriləcək konsertlərdə o, həm sevilən klassik hitlərini, həm də yeni mahnılarını səsləndirəcək. Repertuarda yer alan tanınmış ifalar gecəyə xüsusi ab-hava qatacaq və dinləyicilərə həm nostalji, həm də yeni musiqi enerjisi yaşadacaq.

Biletləri buradan əldə edə bilərsiniz.